Trampın vəd etdiyi "böyük razılaşma" baş tutmadı: Ukraynanı nə gözləyir?
Dünən bütün dünyanın gözü Ağ Evə yönəlmişdi. Tramp ötən gün elan etmişdi ki, Ağ Evdə böyük razılaşma baş tutacaq. Lakin, dünən ABŞ-nin paytaxtı Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında baş verən görüş nəticəsiz qalıb. Zelenski görüşü vaxtsız tərk edib, prezidentlərin birgə mətbuat konfransı ləğv olunub. Tramp və Zelenski arasında Vaşinqtonda keçirilən görüş tərəflərin açıq fikir ayrılığına səbəb olub. Oval Ofisdə baş tutan görüşün əvvəlində Tramp Ukrayna ilə Rusiyanın sülh əldə etməli olduğunu vurğulasa da, Zelenski ölkəsinin təhlükəsizlik zəmanətləri olmadan razılaşmaya getməyəcəyini bildirib. Söhbət getdikcə gərginləşib və tərəflər bir-birinə qarşı ittihamlar səsləndirib.
Görüşdən sonra mətbuata açıqlama verən Tramp Zelenskinin sülh üçün kifayət qədər istəkli görünmədiyini və Ukraynanın ABŞ dəstəyi olmadan müharibəni davam etdirə bilməyəcəyini açıq şəkildə ifadə edib. Zelenski isə "Fox News"a verdiyi müsahibədə Trampın fikirlərini təkzib edib və ABŞ-a minnətdar olduğunu vurğulayıb. "Yanlış bir şey etdiyimi düşünmürəm. Prezident Trampa və amerikalılara dərin hörmətim var. Amma Ukraynada bu müharibədən ən çox əziyyət çəkən bizik və sülhü hamıdan çox istəyən də bizik. Bunun üçün yalnız ədalətli razılaşma və konkret təhlükəsizlik zəmanətləri tələb edirik", - deyə bildirib.
Mübahisənin əsas məqamlarından biri ABŞ və Ukrayna arasında nadir metallar və qiymətli mədənlərə dair planlaşdırılan razılaşma olub. Ukrayna prezidenti bu anlaşmada təhlükəsizlik zəmanətlərinin də nəzərə alınmasını istəyib, lakin Tramp bununla razılaşmayıb. Müzakirələr gərginləşdikcə Tramp Zelenskini ABŞ-nin dəstəyini qiymətləndirməməkdə ittiham edib və açıq şəkildə "ya bu razılaşmanı imzalayın, ya da biz yoxuq" mesajını verib.

Zelenskinin mübahisə zamanı ABŞ-nin başqa qitədə olmasına işarə edərək "Siz uzaqdasınız və problemi hiss etmirsiniz" deməsi Trampı qəzəbləndirib. ABŞ Prezidenti bu ifadəni hörmətsizlik kimi qiymətləndirib və "Biz sizə 350 milyard dollar və silah verdik. Əgər ABŞ olmasaydı, Putin iki həftəyə qələbə qazanardı. Nə hiss etməli olduğumuzu siz bizə diktə edə bilməzsiniz" deyə sərt cavab verib.
Görüşdən sonra mətbuata açıqlama verən Tramp Zelenskinin sülh üçün hazır olmadığını bildirib və onu ABŞ-yə hörmətsizlik göstərməkdə günahlandırıb. O, "Barışıq üçün hazır olduğu gün geri dönə bilər" sözləri ilə Ukrayna liderinə mesaj göndərib.
Görüşdən sonra bəzi ölkə başçıları Zelenskiyə dəstək mesajları göndərib. Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna Rusiya ilə mübarizədə təklənməməlidir. Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanın Avropa ölkələrinin sarsılmaz dəstəyinə güvənə biləcəyini bəyan edib. Polşa, İspaniya, Kanada, Aİ və bir çox Qərb lideri də Ukraynanın yanında olduqlarını ifadə edib. Rusiya Təhlükəsizlik Şurasının sədr müvini Dmitri Medvedev Trampın Kiyevi dəstəkləmək istəmədiyini və bu nəticənin Rusiya üçün əhəmiyyət daşıdığını vurğulayıb. Macarıstanın Baş naziri Viktor Orban isə Trampı sülh naminə cəsarətli addım atan lider kimi qiymətləndirib.
ABŞ və Ukrayna arasında son siyasi proseslər beynəlxalq səviyyədə ciddi rezonans doğurub. Ekspertlər hesab edir ki, baş verənlər Kiyevin Qərb dəstəyini itirməsi ilə nəticələnə bilər. Xüsusilə, Tramp administrasiyasının yeni siyasəti Ukraynaya verilən kreditlərin geri qaytarılması məsələsini yenidən gündəmə gətirib. Tramp Ukraynanın borcunun 350 milyard dollar olduğunu iddia etsə də, rəsmi məlumatlar bu məbləğin 100 milyard dollar olduğunu göstərir. Borcun qaytarılması prosesi Ukraynanın iqtisadi gələcəyi üçün həlledici faktora çevrilib.
Bu hadisənin təsiri uzun müddət hiss olunacaq. Avropa liderləri NATO çərçivəsində daha fəal olmağı və təhlükəsizlik sahəsinə əlavə vəsait ayırmağı planlaşdırır. Ukrayna isə ABŞ-dən asılılığını azaltmaq üçün yeni strategiyalar formalaşdırmağa məcburdur. Tramp administrasiyasının sülh siyasətinin Rusiya-Ukrayna münasibətlərinə necə təsir edəcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Lakin artıq görünən odur ki, ABŞ-nin Kiyevə dəstəyi fərqli istiqamətə yönələcək.
Ekspertlər hesab edir ki, Trampın sərt mövqeyi ABŞ-nin Ukraynaya olan dəstəyinin azala biləcəyinə işarədir. Növbəti aylarda Zelenski administrasiyasının Avropa və Asiya bazarlarında daha aktiv olması qaçılmaz görünür. Ukraynanın təhlükəsizlik zəmanətləri olmadan sülh danışıqlarına razı olub-olmayacağı və Trampın bu məsələdə atacağı addımlar yaxın günlərdə daha aydın olacaq.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)





