Bu gün sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdiriləcək
Bu gün Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdiriləcək.
Trend xəbər verir ki, ötən məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı ilə davam etdirilib.
İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, elan edilməsinin növbəti prosesdə davam etdiriləcəyi qeyd olunub.
Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyevin sosial media hesablarında WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı nümayiş etdirilən videoçarx paylaşılıb
-
Məryəm Nəvaz Şərif Prezident İlham Əliyevə təşəkkür edib
-
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - VİDEO - FOTO
-
Liviya lideri WUF13-ün keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib - FOTO
-
İrakli Kobaxidze: WUF13-ün yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edirəm
XƏBƏR LENTİ
-
"Qalatasaray"dan ayrıldı
-
"Survivor"da ayağını itirən iştirakçının son halı - FOTO
-
ABŞ sakini hantavirusdan öldü
-
Bakının bəzi ərazilərində qaz kəsiləcək
-
Mövsümün ən iddialı serialında şok ayrılıq - Baş rol vida etdi
-
İlham Əliyevin sosial media hesablarında WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı nümayiş etdirilən videoçarx paylaşılıb
-
Türkiyədə dəhşətli qətliam - qarşısına çıxanı güllələdi
-
"Qarabağ" yeni mövsümün ilk transferini etdi - FOTO
-
Məryəm Nəvaz Şərif Prezident İlham Əliyevə təşəkkür edib
-
8 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - FOTO
-
Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur?- RƏSMİ AÇIQLAMA
-
Göbələk yığaraq özünə ev, maşın və torpaq aldı - FOTO
-
"İnstagram" "İnstants"ı işə saldı: Anidən FOTOlarınızı çəkir
-
Qızıl və gümüş investorları üçün riskli gün
-
WUF13-də Mexiko pavilyonunun açılışı olub - FOTO
-
"Barselona"nın futbolçusu əməliyyat olunacaq
-
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan-Türkiyə dostluq konserti təşkil olunub
-
Paşinyan müxalifəti hədələdi: “Sizi diz çökdürəcəyəm”
-
“Klassik Musiqi Zamanı” layihəsi çərçivəsində “Dünya dillərində musiqi” adlı konsert keçirilib – FOTO
-
4-cü dəfə ana olacaq
-
İran yeni təkliflərini ABŞ-a təqdim etdi
-
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - VİDEO - FOTO
-
Elvin Hacıyevə yüksək vəzifə verildi
-
Liviya lideri WUF13-ün keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib





