Siyasət

Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü - yenilənib

14 Fevral 2025 22:03
Baxış: 605

22:03

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında mövcud əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, regionda baş verən son hadisələr, habelə Qəzza zolağında vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan Respublikası və İsrail Dövləti arasında təhlükəsizlik, yüksək texnologiyalar, aerokosmik sənaye, qarşılıqlı investisiyalar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.

Nazir Ceyhun Bayramov Qəzza zolağında əldə edilmiş atəşkəsin qorunmasının vacibliyini vurğulayıb.

Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

----------
21:13


Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində israilli həmkarı Gideon Saar ilə görüşüb.

Milli.Az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN sosial şəbəkə hesabında paylaşım edib.

Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələləri, təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə mövcud problemləri müzakirə ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.