Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcək
Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı üçün möhkəm təməl yaradıb. Bu ərazilərdə infrastrukturun bərpası, yeni sənaye və kənd təsərrüfatı sahələrinin yaradılması istiqamətində atdığımız addımlar, regionun milli iqtisadiyyata reinteqrasiyası gələcəkdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq. İqtisadiyyatın diversifikasiyası və yerli əhalinin sosial rifahının təmin edilməsi bu ərazilərin sürətli inkişafını təmin edəcək, Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcəkdir.
Milli.Az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin "Vergi Xidməti - 25: Davamlı inkişaf və effektiv transformasiya" mövzusunda keçirilən Forumun iştirakçılarına müraciətində yer alıb.
Bu prosesdə vergi siyasətinin və vergi təşviq alətlərinin də böyük rolu olduğu vurğulanan müraciətdə, həmçinin qeyd edilir: "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün uzunmüddətli vergi və gömrük güzəştləri müəyyən edilib. Ərazi bütövlüyümüzün tam bərpa edilməsi xarici investorların da ölkəmizə marağını artırır. Uzun illərdir Azərbaycanda müsbət sərmayə iqlimi mövcuddur, investisiyaların adambaşına düşən həcminə görə biz qabaqcıl ölkələr sırasındayıq. Bununla belə, regionda iqtisadi dayanıqlığın təmin olunması, investisiyaların əhatə dairəsinin daha da genişlənməsi üçün biz daha cəlbedici biznes və vergi mühiti yaratmalıyıq. Sahibkarlara güclü dəstək verilməlidir, süni maneələr aradan qaldırılmalıdır. Dövlətin tənzimləyici qurumlarının əsas vəzifəsi ölkədə biznesin genişlənməsinə, büdcəyə vergi ödəyən güclü orta və iri sahibkarlar təbəqəsinin formalaşmasına istiqamətlənməlidir. Biz qüdrətli dövlət qururuq, belə dövlətin vətəndaşı isə vergi ödəməkdən qürur duymalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Foto)
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
XƏBƏR LENTİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Foto)
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Türkiyədə liseyə silahlı hücumda yaralananların sayı artıb - (Yenilənib)
-
Sabun hazırlaması ilə tanınan Zeynəb Tağıyeva vəfat etdi
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
-
Bakıda tozlu hava neçə gün davam edəcək?
-
"TRUMP TV" fəaliyyətə başladı
-
Ajda Pekkan səhnədə göz yaşları tökdü - (Video)
-
Türkiyədə məktəbə silahlı hücum edən şəxsin görüntüləri ortaya çıxdı - (Video)
-
Azərbaycanda bu şəxslərin evlənməsi qadağandır - Siyahı
-
Qranit Caka İsveçrə millisindən uzaqlaşdırıldı
-
Konqres Mərkəzində tüstülənmənin səbəbi bilindi
-
Bulvara gedənlərin diqqətinə: Bu hissə bağlanır
-
Azərbaycanlı müğənni 45 kilo arıqlayıb tanınmaz hala düşdü - (Video)
-
Azərbaycanda 883 min nəfərlə bağlı yeni xəbər
-
Bilgəhdə dənizdə batan tələbələrin meyitləri tapıldı - (Yenilənib/Video)
-
Pensiyalar tam ödənildi
-
Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu
-
Salahın foto çəkdirdiyi qaya turistik məkana çevrildi - (Foto)
-
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?





