Prezident “Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanunu təsdiqlədi
Prezident İlham Əliyev "Minatəmizləmə fəaliyyəti haqqında" yeni Qanunu təsdiqləyib.
Milli.Az xəbər verir ki, Qanun üç fəsil, 14 maddədən ibarət qanun layihəsi Azərbaycanda mina əleyhinə fəaliyyətin, o cümlədən minatəmizləmə fəaliyyətinin təşkilinə və həyata keçirilməsinə şamil ediləcək.
Sənəd Azərbaycanın Silahlı Qüvvələri tərəfindən Azərbaycanın təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə aparılan mina əleyhinə fəaliyyətə şamil edilməyəcək.
Minatəmizləmə fəaliyyətinə dair informasiya sistemi haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq ediləcək.
İnsanların həyat və sağlamlığına, əmlakına ziyan vurulmasının qarşısının alınması məqsədilə təhlükəli ərazilərin sərhədlərində xəbərdarlıq nişanlarının yerləşdirilməsi səlahiyyətli qurum və ya həmin ərazidə minatəmizləmə fəaliyyətini həyata keçirən icraçılar tərəfindən təmin olunur.
Zərərçəkmişlərə "Psixoloji yardım haqqında" və "Əhalinin sağlamlığının qorunması haqqında" qanunlara uyğun olaraq ödənişsiz psixoloji və tibbi yardım göstəriləcək.
Mina əleyhinə fəaliyyət dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.
Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür
-
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
-
Prezident İlham Əliyev: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
-
Prezident İlham Əliyev: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
-
Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir
-
Prezident İlham Əliyev: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
XƏBƏR LENTİ
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoran bağlandı - (Foto)
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
-
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı
-
Ağstafada müəllimlər arasında dava: "Məni telefonla çəkirdi" - (Yenilənib)
-
Hacıqabulda qəza - 4 nəfər xəsarət alıb
-
Gəncədə 5 şagird zəhərlənib, məktəbin bufeti bağlanıb - (Yenilənib)
-
Bu deputatın mandatı ləğv edildi - (Foto)
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
Payızda bu qaydalar saçlarınızı qoruya bilər
-
Bakıda şadlıq sarayında istehlaka yararsız ətlər tapıldı
-
6667 hektar ərazi minalardan təmizləndi
-
Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
-
AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib
-
Türkiyədə kömür mədənində uçqun: 5 işçi dağıntılar altında qalıb
-
Tbilisiyə qatar bileti ucuzlaşdı - Bu tarixdən
-
“Ölümdən qorxmasam da, xəstəliklə ölməkdən qorxuram”
-
Hava dəyişir - BDYPİ sürücülərə müraciət etdi
-
Xırdalanda yolu keçən qadını avtomobil vurdu
-
Bakıya leysan yağacaq - Xəbərdarlıq
-
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
-
Mabel Matiz məhkəmə qarşısında: 3 ilədək həbs tələb edildi
-
İsrail həmin şəxsləri mükafatlandıracaq





