Aİ missiyasının Ermənistan "sevdası" - Müddəti uzatmaq məqsədləri üzə çıxdı - AÇIQLAMA
Avropa İttifaqının (Aİ) səfirləri Ermənistandakı müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləyiblər.
Milli.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bu qərara əsasən, avropalı müşahidəçilər daha iki il - 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar.
Müqavilə layihəsində müşahidəçilərin tərkibinin və sayının dəyişməz qalacağı (165 xarici və 44 erməni üzv) nəzərdə tutulur.
Ermənistandakı missiyanın məlumatına görə, bu qərar yaxın vaxtlarda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir.
Məlum olduğu kimi, Aİ missiyası 2023- cü ildə Ermənistanda yerləşdirilib və müntəzəm olaraq genişlənir.
Bəs məqsəd nədir?
Mövzunu Milli.Az-a siyasi şərhçi Kənan Novruzov şərh edib:
"Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etmək idi. Buna baxmayaraq, ötən müddət ərzində İrəvan nəinki bu öhdəliklərini yerinə yetirmədi, həm də kəşfiyyat və diversiya işləri ilə məşğul oldu".
O bildirib ki, əslində missiyanın Ermənistana yerləşdirilməsində əsl məqsəd də elə budur: Aİ - nin Cənubi Qafqaza soxulması və proseslərə müdaxilə etməsidir.
"Əvvəl də dediyimiz kimi, Qərb oyunçuları, o cümlədən Aİ Cənubi Qafqazda sülh və sabitlik istəmir. Əks halda buna çoxdan nail ola bilərdi. Ən azından regional əməkdaşlıq mühitinin təmin olunmasına töhfə verirdi. Aİ isə bunun əksini edir, Ermənistanlı silahlandırır.
İttifaqın Ermənistana missiya göndərməsi də məhz buna- gələcək təxribatçı fəaliyyətə yönəlmişdi. İndi missiyanın fəaliyyət müddətinin uzadılması göstərir ki, Aİ regionla bağlı məkrli planlarından əl çəkməyib. Əksinə, gələcəkdə məhz missiya vasitəsilə kəşfiyyat məlumatlarının əldə olunaraq Ermənistana ötürülməsi, habelə təxribatçı addımların atılması mümkündür. Bu isə regional sülhə yo, yeni gərginliyə rəvac vermək deməkdir".
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
WUF13-də Bakı Şəhərsalma Mükafatı təsis edilib - FOTO
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub - FOTO
-
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
-
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək - YENİLƏNİB - FOTO
-
Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib
XƏBƏR LENTİ
-
Kartofları təptəzə saxlamağın üsulu
-
Günün qoroskopu: Sizi daşınmaz əmlak alqı-satqısı gözləyir
-
Fərda efirdə ağladı
-
ABŞ və İran arasında növbəti danışıqların tarixi açıqlandı
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
İçi şokoladlı peçenye resepti
-
Tacir Şahmalıoğlunun oğlunun toyundan görüntülər - VİDEO
-
“Brent” nefti ucuzlaşdı
-
Pezeşkian: Müharibənin qarşısını almaq üçün bütün yolları araşdırmışıq
-
Səhvən Kralın ölüm xəbərini yaydılar
-
Rusiya Ermənistandan bu məhsulun idxalını məhdudlaşdıracaq
-
Azərbaycanda yasda kütləvi zəhərlənmə - YENİLƏNİB
-
İtaliyadan Okan Buruka nəhəng müştəri var
-
Haluk Levent xəstəxanaya yerləşdirildi
-
Gələcəyi bilmək, yoxsa gələcəyi yaratmaq? Özünüdoğrulayan peyğəmbərlik effekti
-
Xəzərdə zəlzələ oldu
-
6 illik fasilədən sonra böyük qayıdış: Bakı–Tbilisi qatarının bərpası regionda nələri dəyişəcək?
-
Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək
-
Premyer Liqa klubu onunla vidalaşır
-
500 manatlıq əsginas niyə yoxa çıxıb? – rəsmi açıqlama
-
WUF13-də Bakı Şəhərsalma Mükafatı təsis edilib - FOTO
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub - FOTO
-
"Arka sokaklar"la bağlı gözlənilməz qərar
-
Moskvada anomal istilər - 129 illik rekord yeniləndi





