"Bu artıq ajiotaj deyil, ermənilər qorxuya düşüblər" - Yunus Oğuz
Bildiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibə verib. Jurnalistlərin müxtəlif sahələrdə suallarını cavablandıran Prezident Ermənistanın regionda dayanıqlı sülhə təhdid olduğunu bildirib. Prezidentin müsahibəsi Ermənistanın müxtəlif xəbər seqmentlərində və sosial platformalarında geniş müzakirə olunub. İlham Əliyevin müsahibəsindəki mesajlar erməni xislətinə uyğun olaraq hədə kimi qiymətləndirilib və hətta müəyyən mənada ajiotaj yaradıb.
Milli.Az olaylar.az-a istinadən xəbər verir ki, "Olaylar" qəzetinin baş redaktoru, siyasi şərhçi Yunus Oğuz bildirib ki, Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində Ermənistanla bağlı səsləndirdiyi fikirlərdə heç bir hədə yoxdur:
"Sadəcə, cənab Prezident bir daha vurğulayıb ki, 10 noyabr 2020-ci ildə atdığın imzaya hörmət elə.Mahiyyət ondan ibarətdir ki, Zəngəzur dəhlizi açılmalı, iki dövlət arasında sülh müqaviləsi bağlanmalıdır. Bu fikirlər Ermənistanda ona görə ajiotaj yaradıb ki, 4 ildən artıqdır ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını uzadır. Çünki, Ermənistanın havadarları olan Fransa, Amerika və hətta Rusiya inkan vermir ki, iki dövlət arasında vasitəçisiz müqavilə bağlansın. Bu baxımdan Ermənistanda təşvişin yaranması normaldır. Ona görə ki, canlarında müharibə qorxusu var. Əgər belədirsə, ilk növbədə Zəngəzur dəhlizi açılmalıdır. Bununla 10 noyabrda imzalanan sənədə hörmət etmiş olurlar. Onsuz da gec, yaxud tez Zəngəzur dəhlizi açılacaq. Onda isə Ermənistan tamam başqa bir vəziyyətdə olacaq. Düşünürəm ki, Prezident bu məsələ ilə bağlı mövcud vəziyyəti ortalığa gətirib və bunu da öndə baş nazir olmaqla Ermənistanın yetkililəri təhlil etməli, tezliklə sülh müqaviləsi bağlayıb Zəngəzur dəhlizini açmalıdırlar".
Y.Oğuz əlavə edib ki, Ter-Petrosyanın çıxışı yayılandan sonra məlum oldu ki, 30 il ərzində Ermənistanı idarə edən insanlar tərərindən faşist ideologiyası həyata keçirilib:
"Erməni ictimaiyyəti də bunun fərqindədir. Faşist ideologiyası fonunda da ajiotaj yarana bilər. Ermənilər daha çox Azərbaycan kanallarını izləyirlər və bu kanallar vasitəsilə müəyyən nəticə çıxarırlar. Əslində Ter-Petrosyanın çıxışı Ermənistanı silkələməlidir, nəinki ajiotaj yaratmaq. Çünki, sübut olunur ki, Ermənistanın üç prezidentinin üçü də faşist ideologiyasını həyata keçirir, etnik təmizləmə ilə məşğuldu, torpaqları işğal ediblər. Bu da son nəticədə öz sözünü deyir. Bu artıq ajiotaj deyil, ermənilər qorxuya düşüblər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Razılaşma olmasa, zərbələr bərpa edilə bilər" - Tramp
-
ABŞ və İranın razılaşdırdığı memorandum 14 maddədən ibarətdir - TAM SİYAHI
-
Ərdoğan ABŞ-İran razılaşmasından yazdı
-
İlham Əliyev: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir
-
Ulu Öndər Heydər Əliyevin nadir görüntüləri - VİDEO
-
Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
XƏBƏR LENTİ
-
"Razılaşma olmasa, zərbələr bərpa edilə bilər" - Tramp
-
Bakıda qayınatanın gəlinə bahalı hədiyyəsi diqqət çəkdi - VİDEO
-
“Şamaxı”nın futbolçusu Ermənistan klubuna keçdi - FOTO
-
Cengiz Kurtoğlu ilə bağlı üzücü xəbər
-
Tanınmış xanəndə ilk dəfə oğlu ilə görüntüsünü paylaşdı
-
Nərmin Əliyevanın bacısı faciəvi şəkildə öldü - FOTO
-
Dünyanın ilk heyvansız "ferma"sı açıldı - Təbii ətdən seçilməyəcək - VİDEO
-
Amerikalı müğənni helikopter qəzasında öldü - FOTO
-
ABŞ və İranın razılaşdırdığı memorandum 14 maddədən ibarətdir - TAM SİYAHI
-
Ən yalançı BÜRCLƏR
-
Ərdoğan ABŞ-İran razılaşmasından yazdı
-
Azərbaycanda çimərlik mövsümünə start verilir
-
İlham Əliyev: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir
-
Ulu Öndər Heydər Əliyevin nadir görüntüləri - VİDEO
-
Oğuzda ağır QƏZA: Bir ailə xəstəxanalıq oldu
-
Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
-
Onun da qızı məzun oldu - FOTOlar
-
Tramp İranla sazişdən danışdı: "Hamını təbrik edirəm!”
-
Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı
-
“Gimnastika hamı üçün” həyəcanı başa çatıb - FOTO
-
Rusiya ordusu Kiyevi dron və raketlərlə vurdu
-
Dünya çempionatı: Fil Dişi Sahili və İsveç qalib gəldi
-
Hamının içində gülüb təklikdə darmadağın olan 4 bürc
-
Son zamanların ən populyar ləzzəti - Dulce de Leche





