Siyasət

Prezident: Sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələri təyyarəyə kənar fiziki-texniki müdaxilə faktını təsbit edib

28 Dekabr 2024 16:55
Baxış: 1 371

Sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələri təyyarəyə kənar fiziki-texniki müdaxilə faktını təsbit edib.

Trend Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.