Maraqlı

Bu ölkədə insanlar gündə ən azı bir dəfə gülməlidir - yeni qərar

29 Dekabr 2024 06:06
Baxış: 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Yamaqata prefektural parlamenti sakinləri "fiziki və ruhi sağlamlığı gücləndirmək" üçün gündə ən azı bir dəfə gülməyə təşviq edən qətnamə qəbul edib.

Milli.Az-ın məlumatına görə, qanunun müəllifləri Yamaqata Universitetinin Tibb akültəsinin araşdırmasına istinad edərək, tez-tez gülən insanların erkən ölüm riskinin daha az olduğunu aşkar ediblər.

Yerli parlament də hər ayın səkkizinci gününü "sakinlərin gülüş vasitəsilə sağlamlıqlarını yaxşılaşdıra biləcəyi bir gün" elan edib və işəgötürənlərdən "iş yerində gülüşlə dolu bir atmosfer yaratmağı" istəyib.

Qətnaməni prefektura məclisinin bəzi deputatları tənqid edib. Onlar bəyan ediblər ki, "xəstəlik və ya digər səbəblərdən gülməkdə çətinlik çəkənlərin hüquqları pozulmamalıdır". /lent.az

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.