Kriminal

Müxtəlif vədlərlə külli miqdarda ziyan vuran vəzifəli şəxs barədə QƏRAR

29 Dekabr 2024 20:35
Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçusu olmuş Yunisov Turab Nazim oğlunun qanunsuz əməlləri barədə həmin dövlət qurumundan daxil olmuş məlumat üzrə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd edilib ki, istintaqla Turab Nazim oğlu Yunisovun Dövlət Xidmətinin Siyəzən, Saatlı və İsmayıllı rayon şöbələrində müxtəlif vəzifələrdə hərbi qulluqçu qismində işləyərkən tanışı Səxavət Abas oğlu İbrahimov ilə qabaqcadan əlbir olub öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə işə düzəltmə, hərbi xidmətdən möhlət verilməsi və digər adlarla ayrı-ayrı şəxslərə məxsus pul vəsaitlərini külli miqdarda ziyan vurmaqla ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Turab Yunisov və Səxavət İbrahimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.