Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Almaniya II Bundesliqasının IX turunda "Qroyter Fyurt" komandasına vurduğu qol çıxış etdiyi "Nürnberq" klubu tərəfindən 2024/2025 mövsümünün ilk yarısının ən yaxşısı seçilib.
Milli.Az xəbər verir ki, 27 yaşlı hücumçunun qolu "top 10"da birinci yerə layiq görülüb.
Forvardın XI turda "Hamburq"un qapısından keçirdiyi dəqiq zərbə siyahıda 9-cu sırada yer alıb.
Qeyd edək ki, Mahir Emreli cari mövsüm transfer olduğu "Nürnberq" klubunda 4 qol vurub. (Ölkə.az)
Milli.Az