Siyasət

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkəmizin diplomatik təmasları intensivləşib

28 Dekabr 2024 16:25
Baxış: 391

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkəmizin diplomatik təmasları intensivləşib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair hesabatında qeyd edilib.

Bildirilib ki, İsrail-Fələstin münaqişə zonasında baş verən hadisələr ilə bağlı bir sıra yüksək səviyyəli tədbirlərdə ölkəmiz təmsil olunub, İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyimiz diqqətə çatdırılıb.

"Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması istiqamətində çağırış edilib. Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirib. Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazır olduğumuz diqqətə çatdırılıb.

Azərbaycan il ərzində ikitərəfli və çoxtərəfli əsasda 40 ölkə ilə 204 sənəd imzalayıb. 25 ölkənin Xarici İşlər Nazirlikləri ilə siyasi məsləhətləşmələr keçirilib, bir neçə ölkə ilə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb", - deyə əlavə edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.