"Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə xanım Qafarovanın tapşırığına əsasən Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun rəhbəri olaraq mən və qrupun üzvləri deputatlar Aydın Hüseynov və Göydəniz Qəhrəmanov dekabrın 27-də Qazaxıstan Respublikasının Bakıdakı səfirliyində olduq".
Milli.Az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nizami Səfərov özünün feysbuk səhifəsində yazıb.
""Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus hava gəmisinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatı ilə bağlı həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verərək və yaralıların tezliklə sağalmalarını arzulayaraq, bu barədə səfirlikdə açılan matəm kitabına ürək sözlərimiz qeyd edildi. Həmçinin Qazaxıstan tərəfinin baş verən faciənin səbəblərinin hərtərəfli və obyektiv araşdırılmasının vacilibliyi xüsusi olaraq vurğulandı.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə qörüş zamanı xilasetmə işlərinin operativ şəkildə aparılması və bütün zəruri tədbirlərin həyata keçirilməsinə görə Qazaxıstanın müvafiq dövlət qurumlarına minnətdarlıq bildirildi", deyə o qeyd edib.
Milli.Az