Bakıdan qayıdan Ərdoğandan təyyarədə açıqlama
İqlim mövzusu qlobal gündəmin ən kritik mövzularından biridir. Türkiyə ekoloji problemlərə müharibə, münaqişə və miqrasiya qədər ciddi yanaşır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib.
Türkiyə lideri COP29 sessiyası çərçivəsində göstərdiyi səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə bir daha minnətdarlığını ifadə edib.
O, COP29-un əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, Azərbaycanda iqlim müzakirələri bu sahədə BMT-nin dialoqu üçün əsas platformadır.
Türkiyə Prezidenti xatırladıb ki, COP29 Liderlər Sammiti 80 ölkənin dövlət və hökumət başçılarını bir araya toplayıb. "Azərbaycanda keçirilən iqlim sammitinin əsas məsələsi "iqlim maliyyələşməsi" olub. İqlim dəyişikliyinin mənfi nəticələri ilə üzləşən inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün maliyyə mənbələrinin tapılması yolları müzakirə edilir", - deyə Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, Liderlər Sammitinin iştirakçıları 2009-cu ildə Danimarkada keçirilən görüşdə elan edilmiş iqlim məqsədləri üçün 100 milyard dolların ayrılmasını müzakirə ediblər. "2025-ci ildən sonrakı dövr üçün planlar və yeni dəstək mexanizmlərinin formalaşdırılması imkanı da nəzərdən keçirilib", - deyə Türkiyə Prezidenti davam edib.
Dövlət başçısı Bakıda keçirilən COP29 iştirakçılarına iqlim dəyişikliyi ilə mübarizədə Türkiyənin prioritetlərini təqdim etdiyini bildirib. "Ölkəmiz qlobal ekoloji səylərə öz töhfəsini verməyə davam edəcək", - deyə o əmin edib.
Siyasətçi xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən "Sıfır Tullantı" layihəsinə də diqqət çəkib. "Beynəlxalq səviyyədə geniş dəstək alan bu layihə haqqında COP29 iştirakçılarına məlumat vermişəm. Həmçinin bərpaolunan enerji mənbələri hesabına ağac əkilməsi, su ehtiyatlarının tənzimlənməsi və enerjinin inkişafı üzrə illik ümummilli kampaniya haqqında danışmışam", - deyə Türkiyə dövlətinin başçısı söyləyib.
O qeyd edib ki, bu gün Türkiyə bərpaolunan enerji mənbələrindən istifadə etməklə enerji istehsal gücünə görə Avropada beşinci, dünyada isə 11-ci yerdədir.
İqlim gündəminin mövzusuna qayıdan Ərdoğan qeyd edib ki, hökumət ekoloji məsələlərə xüsusi diqqət yetirir. "Biz ölkənin davamlı artımını qorumaq üçün tədbirlər görməyə davam edəcəyik. Bununla belə, iqlim məsələsi bir və ya bir qrup dövlətin səylərindən çox-çox kənara çıxan bir mövzudur. Uzunmüddətli həllər yalnız birgə səylərlə mümkündür. Bəzi dövlətlər bunu edir, bəziləri isə daha böyük fayda əldə etmək üçün ətraf mühitə məhəl qoymurlar", - deyə Ərdoğan bildirib.
Türkiyə lideri COP29 çərçivəsində keçirilən ikitərəfli görüşlərdən də danışıb:
"Böyük Britaniyanın baş naziri, Azərbaycan, Qazaxıstan, Moldova və Monteneqro prezidentləri ilə danışıqlar aparılıb".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Rubiyandan Azərbaycanla bağlı açıqlama
-
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
-
İlham Əliyev Əli Əsədovla bağlı sərəncam imzaladı
-
İlham Əliyev: Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
-
Prezident: Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur
-
İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
XƏBƏR LENTİ
-
Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub
-
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - Yenilənib - (Foto)
-
“Qarabağ”da 3 gözlənilməz ayrılıq
-
Duranın İngiltərəyə transferinə maneə - Azərbaycan çempionatı
-
Sıla 7 illik sevgilisindən ayrıldı
-
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb
-
“Qarabağ” 2 uğursuz seriyaya 4 qolla son qoydu
-
Bakıda 67 yaşlı qadın itkin düşüb - (Foto)
-
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
-
Yağış, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - xəbərdarlıq
-
Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - (Video)
-
5 il əvvəl tikilən piyada keçidi sıradan çıxdı: Altından dikt çıxdı – Rəsmi reaksiya - (Video/Foto)
-
Azərbaycan futbolunda nadir rast gəlinən hesab: Bir oyunda 18 qol vuruldu
-
Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib - (Foto)
-
Küləklə bağlı sarı xəbərdarlıq edildi
-
Çin orbitə daha 4 peyk buraxdı
-
Ukrayna Rusiyada sərnişin qatarını vurdu
-
Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb
-
Meteohəssas insanların nəzərinə
-
Muslera karyerasını başa vurdu
-
İmtahan sistemi ilə bağlı yeni təklif: 2-3 fənn kifayət etsin
-
Azərbaycanlı şoumenin milyonluq borcu üzə çıxdı
-
Melonidən Zelenskiyə etiraz: “Artıq bezmişəm”
-
Türkiyədə Atatürkün büstünü oğurladılar





