Ceyhun Bayramov Besart Kadia ilə görüşüb - FOTO
29 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Besart Kadia ilə görüşüb.
XİN-dən Milli.Az-a verilən məlumata görə, Albaniyanın Azərbaycanda ilk rezident səfiri təyin olunan Besart Kadia etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir yeni təyin olunmuş səfiri təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan və Albaniya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.
Azərbaycan və Albaniya arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, investisiyalar, humanitar, turizm və s. istiqamətlər üzrə mövcud əməkdaşlığın məmnunluq doğurduğu, xüsusilə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələrinin münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirilib.
Bir sıra regional və beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığı, dəstək və həmrəyliyinin birgə təşəbbüslərin irəlilədilməsi, habelə ölkələrimiz əleyhinə atılan addımların qarşısının alınması baxımından əhəmiyyəti vurğulanıb.
Ölkəmizin COP29 sədrliyi, aparılan danışıqlar prosesindən bəhs olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
XƏBƏR LENTİ
-
Bakının bu ərazisində bulvar salınır (Foto)
-
41 yaşlı Modriç yenə tarix yazdı
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür





