Siyasət

Ermənilər yalnız bu halda Qarabağa qayıda bilər - Xaçatryan

13 Oktyabr 2024 16:08
Baxış: 688

Ermənilərin Qarabağa qayıtmasından yalnız Azərbaycanla sülh əldə olunduqdan sonra danışmaq mümkün olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Prezidenti Vaaqn Xaçatryan "Armenpress" və "Şant" telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, bu məsələyə real yanaşmaq lazımdır - qayıdışdan danışmazdan əvvəl ilk növbədə təhlükəsizlik məsələləri həll edilməlidir:

"Müxtəlif amillər var - təhlükəsizlik və Qarabağ ermənilərinə müəyyən şərtlər (çox güman ki, Azərbaycan vətəndaşları olmalarını nəzərdə tutur - red.) təqdim olunacaq".

Xaçaturyan əmindir ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, Azərbaycanla danışıqlar yolu ilə həllə nail olmaq olar. O qeyd edib ki, bu çətinliklər "irəliləməyə" mane olmamalıdır.

Xaçatryan Bakıda həbsdə olan cinayətkar erməni separatçı-terrorçular mövzusuna da toxunub, bu istiqamətdə fəal iş aparıldığını vurğulayıb. O, bu səylərin son nəticədə "uğur qazanacağına" əminliyini ifadə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.