Siyasət

Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi müzakirə olunub - FOTO

29 Sentyabr 2024 08:28
Baxış: 246

28 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hissein Brahim Taha ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi, habelə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə tərəfdaşlıq imkanları müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin hər zaman qardaş, dost ölkələr ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini, bu baxımdan İƏT çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində hər zaman hazır olduğumuzu diqqətə çatdırıb.

Azərbaycanın İƏT-in aktiv üzvlərindən biri kimi Təşkilat çərçivəsində əməkdaşlığa, İƏT-in fəaliyyətinin gücləndirilməsinə verdiyi töhfələr məmnunluqla qeyd edilib.

Ölkəmizin COP29 sədrliyi çərçivəsində görülən hazırlıq işləri, aparılan danışıqlar prosesi, sədrlik prioritetləri və təşəbbüslərimiz barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov sədrliyimizin iqlim dəyişikliyi ilə mübarizə səylərinə maliyyə resurslarının cəlb olunmasına fokuslandığını bildirib.

İƏT ölkələri üçün, həmçinin iqlim dəyişikliyi təhdid ilə mübarizənin əhəmiyyətini nəzərə alaraq, COP29 çərçivəsində əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.