Siyasət
Dubayda Azərbaycanın Respublika Günü qeyd olundu
26 May 2010 17:12
Baxış: 193
Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin təşkilatçılığı ilə "JW Marriott" otelinin "Zabil" salonunda 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.
Toplantıda Dubayda yaşayan azərbaycanılar, türk icmasının nümayəndələri, İraq türkmənləri, Avropa dövlətlərindən və müxtəlif ərəb ölkələrindən olan diaspor təmsilçiləri, eləcə də yerli strukturlardan dəvət olunmuş qonaqlar iştirak ediblər.
Bayram tədbirində Respublika Gününün tarixi haqqında məlumat verən cəmiyyətin sədri Samir İmanov qeyd edib ki, ilk parlamentli respublika olan Azərbaycan Xalq Cumhuriyyəti həm də Şərqdə ilk demokratik, hüquqi və dünyəvi dövlət idi. O deyib ki, Azərbaycan Respublikası ötən əsrdə ikinci dəfə müstəqilliyini elan etdikdən sonra Azərbaycanın dövlətçiliyinin, suverenliyinin qorunub saxlanmasında, möhkəmlənməsində milli lider Heydər Əliyevin böyük tarixi xidmətləri olub. Azərbaycanın bu gün istər regionda, istərsə də dünyada əldə etdiyi lider mövqe barədə qonaqlara bilgi verən S.İmanov bildirib ki, bu gün Azərbaycan dövlətinin başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanıb, həm daxili, həm də xarici siyasətdə tərəqqi var, lakin respublikamızın daha da sürətlə inkişaf etməsinə mənfi təsir göstərən yeganə amil torpaqlarımızın 20 faizinin Ermənistanın işğalı altında olmasıdır. BMT Təhlükəsizlik Şurasının 4 və İslam Konfransı Təşkilatının bir neçə qətnaməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri işğal etdiyi torpaqlardan çəkilmir və təəssüf ki, problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu da münaqişənin çözülməsində qətiyyət göstərmir.
Tədbirə qatılan türk ismasının üzvləri də öz çıxışlarında Dağlıq Qarabağ probleminin həllinin vacibliyini, bunun bölgədə sülh və əminamanlığın təminatında mühüm şərt olduğunu vurğulayıblar.
Sonra çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin rəsmisi və Oman vətəndaşı da Azərbaycanın onların təmsil etdiyi ölkələr və xalqlarla sıx, mehriban dostluq əlaqələrinin olduğunu deyiblər və Qarabağ müharibəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə ümid etdiklərini bildiriblər.
Toplantıdakı çıxışlarda Dağlıq Qarabağda ermənilərin keçirdiyi "qondarma seçkilər" də pislənib. Son günlərdə Dubayda çıxan "Gulf News", "Khaleej Times" (ingilis dilində) və "Al-Bayan" (ərəb dilində) qəzetlərində dərc olunmuş və qondarma, qanunsuz seçkilərin əleyhinə çıxan, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən yazılar barədə də qonaqlara məlumat verilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı "Biz Azərbaycanlıyıq" sənədli filmi nümayiş etdirilib. Bundan başqa tədbirin keçirildiyi zalda Azərbaycan ərazilərinin müxtəlif dövrlərdə bir neçə dəfə dəyişdirildiyini əks etdirən foto-lövhə də təqdim olunub. Qonaqlara DİDK-nin göndərdiyi ingilis dilində "Azərbaycan haqda 100 suala cavab" kitabı, eləcə də Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərəb, ingilis, fransız dillərində hazırlanmış müxtəlif kitablar, broşurlar və DVD-lər hədiyyə edilib.
Qeyd edək ki, BƏƏ Parlamentinin sədrinin 1-ci müavini Ahmad Sabib Al-Zahiri, Dubay Şeyxinin Aparatının (Divan) hüquq məsələləri üzrə müşaviri Dr. Balhul Lvey və Dubay İnsan Hüquqları İnstitutunun rəhbəri Abdulla Mohammad "Azərbaycan" cəmiyyətinin sədrinə zəng vuraraq 28 May- Respublika Günü münasibətilə BƏƏ-də yaşayan soydaşlarımızı və bütün Azərbaycan xalqını təbrik ediblər.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
APEC Sammiti: Si Cinpinin təklifləri dünya ticarəti və Azərbaycan üçün nə vəd edir?
-
Azərbaycan-Vyetnam əlaqələri gələcəyə hesablanmış münasibətlərin nəticəsidir - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir (Video)
-
İtaliya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb
-
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - (Foto/Video)
-
"İsrail Suriyaya hücum edə bilər"
XƏBƏR LENTİ
-
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
-
“Heç kimin insanların həyatını təhlükəyə atmağa haqqı yoxdur”
-
Nəfəs Pünhanla yayılan videosuna açıqlama verdi
-
“Diqlas”ın yerində yeni ticarət mərkəzi tikilir - (Foto)
-
Faiq Məmmədov qəfil vəfat etdi
-
Bakıda söküntü zamanı faciə: 30 yaşlı kişi 3-cü mərtəbədən yıxılıb öldü
-
Ələtdə hava limanının tikintisinin başa çatacağı vaxt açıqlandı
-
APEC Sammiti: Si Cinpinin təklifləri dünya ticarəti və Azərbaycan üçün nə vəd edir?
-
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq öldü
-
Azərbaycan-Vyetnam əlaqələri gələcəyə hesablanmış münasibətlərin nəticəsidir - Kamaləddin Qafarov
-
Vəfadan toyu ilə bağlı açıqlama: "Sevgilimdən evlilik təklifidir" (Video)
-
Marketdən oğurladığı enerji içkilərini 160 manata satdı - 23 sutka həbs verildi
-
Astarada 3 nəfər 10 kiloqramdan çox narkotiklə saxlanıldı
-
Pünhan Piriyevlə Nəfəsin müzakirə yaradan səmimi görüntüsü (Video)
-
Eyni mənzili bir neçə nəfərə satdı, həbs olundu - Tanınmış şirkət rəhbəri saxlanıldı
-
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib
-
Qəzada ölən Ada Süleymanın son görüntüləri - (Video-Foto)
-
Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad yoxdur
-
Demet Akalının maraq doğuran Videosu
-
Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq öldü
-
Məşhur aparıcının ölümü ilə bağlı cinayət işi açıldı
-
Bakıda daha 28 svetoforda velosiped bölməsi quraşdırılıb
-
Şəhərdə təmizliyi pozanlar bu qədər cərimələnəcək
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı