Ermənistanın yiyəsi kimdir?
Ermənistan kimə, hansı siyasi qütbə xidmət etməkdə çaşınlıq içindədir. Bu da birbaşa olaraq Ermənistanla Azərbaycan arasında sülh danışıqlar prosesində qeyri-müəyyən vəziyyətin yaranmasına gətirib çıxarır. Bunun bir digər bariz nümunəsi kimi Londonda Avropa Siyasi Birliyi (ASB) Sammiti çərçivəsində iki ölkə liderlərinin baş tutmayan görüşünü misal göstərmək olar.
Rəsmi İrəvan Fransa, Rusiya, ABŞ arasında get-gəl etməyə davam edir. Nə qədər qəribə səslənsə də, hər üç ölkə ATƏT-in Minsk Qrupunun üzvləridir. Bu məqamda bir məsələyə diqqət yetirmək yerinə düşər: Söhbət rəsmi Bakının etimad tədbiri kimi Minsk Qrupu formatının ləğvi üçün ATƏT-ə birgə müraciət etməsindən gedir. Bu zaman hər şey daha aydın şəkildə ortaya çıxır. Belə nəticəyə gəlinir ki, Londondakı görüş təklifindən Nikol Paşinyanın imtina etməsinin arxasında elə Fransa və ABŞ-nin əli xüsusilə var.
Qəti istisna edilmir ki, bu adıçəkilən qüvvələr bununla da Cənubi Qafqazdakı proseslərdən ofsayda qalmaqlarından narahatdırlar. Bakının sülh üçün şərtləri açıq və müəyyəndir. Görünür, Azərbaycan tərəfi bunun üçün Ermənistan Konstitusiyasına dəyişikliklər, ərazi iddialarının əksini tapdığı müddəaların çıxarılmasını tələb etdiyi kimi, ATƏT-in Minsk qrupunun buraxılması məsələsini də İrəvan qarşısında şərt kimi qoymasından dolayı Qərbin adıçəkilən dairələrini Ermənistan rıçaqının əllərindən tamamilə çıxacağı düşüncələri rahat buraxmır.
Xüsusilə də rəsmi Parisi bu prosesdəki mövqeyi tam və aydın şəkildə ortada. Emmanuel Makron hakimiyyəti bu gün əlindən gələni edir ki, Cənubi Qafqazda vəziyyət sabit xarakter almasın, siyasi və hərbi durum tamamilə regionun kontrolundan çıxsın. Bu məsələdə Fransa ilə yanaşı, Aİ və Hindistan tərəfindən regionun, xüsusilə Ermənistanın hərbiləşdirilməsi prosesi geniş vüsət alıb.
Bu mənada Ermənistanda ABŞ ilə birgə "sülhməramlı kontingentin" hücum elementləri də daxil olmaqla, təxribat xarakterli təlimlərin keçirilməsini qeyd etmədən keçmək olmaz. Amma rəsmi Bakı Vaşinqtona proseslərə daha adekvat yanaşması üçün kifayət qədər şans və imkan yaratdı. Azərbaycan ABŞ-yə vasitəçi olmaq imkanı verdi, lakin Vaşinqton bundan yararlanmaq əvəzinə, ermənipərəst dairələrin təzyiqi ilə müəyyən edilən çərçivə daxilində hərəkət etdi.
Qərbin və ABŞ-nin ən əsas məqsədi gün kimi aydındır. Sözügedən dairələr ilk növbədə Ermənistanı Rusiyanın caynağından xilas etmək barədə baş sındırır. Görünür düşünürlər ki, Ermənistan hərbi-siyasi hakimiyyətini Kremlin orbitindən xilas etmək Cənubi Qafqaz regionunda vəziyyətə nəzarəti ələ almaq üçün yetərli olacaq. Lakin statistik məlumatlar bunun ən azı yaxın müddətdə mümkünsüzlüyünü deməyə tutarlı əsas verir:
1. Təkcə elə Ermənistanın Rusiya ilə son 6 ayda ticarət dövriyyəsinə nəzər saldıqda 8,5 milyard dollarlıq "alverin" baş verdiyini görmək mümkün. Bu da ötən illə müqayisədə daha çox deməkdir.
2. Digər maraqlı məqam isə ondan ibarətdir ki, Fransa başda olmaqla, Qərb və ABŞ artıq 4 ildir əlindən gələni edir ki, Ermənistanı Rusiyanın əsas moderator olduğu bütün beynəlxalq qurumlardan tamamilə uzaqlaşdırsın. Söhbət KTMT, AİB (Avrasiya İqtisadi Birliyi) və MDB-dən gedir. Lakin bu gün rəsmi İrəvan nəyinki bu təşkilatlardan çıxarıla bilindi, üstəlik İrəvan ŞƏT-də (Şanxay Əməkdaşlıq Təşkilatı) statusunun yüksəldilməsi üçün müraciət edib.
Vaşinqton Baydenin hakimiyyətə gəldiyi gündən Cənubi Qafqazla bağlı planlarında çox ciddi nöqsanlara yol verdi. Söhbət ABŞ-nin Mərkəzi Asiyaya yeganə çıxışı olan Azərbaycanla və regiondan Qara dənizə yeganə çıxışı olan Gürcüstanla münasibətləri gərginləşdirməsi məsələsindən gedir. Bunun digər bariz nümunəsi: 2024-cü ildə Çinin regionda artıq iki strateji tərəfdaşı olduğu halda, ABŞ-nin öz müttəfiqi Gürcüstanla münasibətləri artıq günü-gündən daha da pisləşməyə doğru gedir.
Bütün bunların fonunda Bayden administrasiyası dövründə ABŞ-nin Cənubi Qafqazda yalnız bir nailiyyətini qeyd edə bilərik: O da Rusiya sərhədçilərinin Zvartnots hava limanını tərk etmələri məsələsini. Lakin bu o demək deyil ki, həmin əraziyə nəzarəti Rusiya itirdi.
Sadalanan faktlara istinad etsək, Ermənistanın dərindən düşünüb yekun qərara gəlməsi üçün çox da vaxtının qalmadığını deyə bilərik. Rəsmi Bakıdan fərqli olaraq, biz Ermənistan hakim dairələrinin boşboğazlılığının şahidiyik. Konstruktivlik gözləntilərimiz günü-gündən daha da azalan Ermənistan hakimiyyəti regionun taleyi ilə bağlı məsələləri başqa qapılarda axtarmağı dayandırmasa, Azərbaycan hadisələrin bundan sonrakı axarını birtərəfli şəkildə çözmək məcburiyyətində qalacaq.
Təhməz Əsədov
TREND
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
İş adamının nəvəsi qonşusunu güllələdi
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycanlı aparıcı əri ilə fotosunu paylaşdı
-
Bakıda 10 otaqlı yaşayış evində yanğın oldu
-
Paytaxtın 16 küçə və prospektində sıxlıq var
-
Bakının iki rayonunda elektrik enerjisi kəsiləcək
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələri kəsdi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir





