Siyasət

Dövlətə məxsus daşınmaz əmlakın icarəyə verilməsi qaydası hazırlanacaq

2 Avqust 2024 13:54
Baxış: 1 326

Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi qaydaları hazırlanacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi"nin təsdiqi haqqında" Fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi qaydalarını altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.