Azərbaycanda turizmlə bağlı yeni mərkəz yaradıldı
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin yaradılması haqqında" Fərman imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla müəyyən edilib ki, Mərkəz Azərbaycanda turizm və rekreasiya zonalarının fəaliyyətinin təşkilini, onların idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən publik hüquqi şəxsdir.
Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Mərkəzin fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirir.
Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.
Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
1. Mərkəzin idarəetmə orqanlarının yaradılması;
2. Mərkəzin yenidən təşkili və ləğvi;
Nazirlər Kabinetinə Mərkəzin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi tapşırılıb.
Agentliyə isə Fərmanda qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli həvalə edilib
Nazirlər Kabineti Mərkəzin nizamnaməsini iki ay müddətində təsdiq etməli, Mərkəzin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı üç ay müddətində zəruri tədbirlər görməli, Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Agentlik Mərkəzin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli və Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
-
Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
-
Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb - (Yenilənib)
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Benzin və dizellə bağlı mühüm xəbər
-
DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri saxladı
-
Konsert biletlərinə görə pulun bir hissəsi geri qaytarılacaq
-
Leysan yağacaq, qara keçəcək - Proqnoz
-
443 min nəfərə şad xəbər - Pul veriləcək
-
5 ildən köhnə olmayan maşınlarla bağlı yeni qərar
-
İsmail Kartalın yeni klubu bəlli oldu
-
Ev heyvanı saxlayanlara pis xəbər
-
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
-
26 yaşlı futbolçu qəfil öldü
-
Kuryerlərin vergi öhdəliyi dəyişir - Ayda cəmi 15 manat ödəyəcəklər?
-
Anar Rzayevə ağır itki
-
Ermənistan polis dövlətinə çevrilir
-
Pensiyaçılara gələn il bu qədər əlavə pul veriləcək
-
Valideynlərə 1500 manatlıq müavinət - Bu dəyişiklik gözlənilir
-
“Gecə saat 12-də restoranda niyə "pudra" vurum ki?” – Elgiz əsəbiləşdi - (Video)
-
Çipsi bahalaşa bilər - Hər kiloqrama 1 manat vergi təklifi
-
Ermənistanda milyarderin həbs müddəti uzadıldı
-
Xəzərdə fırtına gözlənilir - Dalğalar 5 metrədək yüksələcək
-
İpoteka ilə kirayə götürülən evlərdə yeni qayda - Kimlərə icazə verilir?
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı - Anası danışdı - (Video)
-
Bakı-Ağstafa qatarına əlavə reyslər açılır - Tarixlər
-
Polad Həşimovun anası ilə bağlı üzücü xəbər - (Yenilənib)
-
İspaniya çempionatında daha bir dəhşətli hadisə - (Video)





