Siyasət

Ceyhun Bayramov Somalidən olan həmkarı ilə görüşüb - FOTO

26 İyul 2024 11:54
Baxış: 673

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov və Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi arasında geniş tərkibdə görüş keçirilib.

XİN-dən Milli.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Somali arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə edilib.

Tərəflər, həmçinin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi də daxil olmaqla əməkdaşlıq üçün müxtəlif sahələrin potensialından istifadə mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar, onlar həmçinin BMT, Qoşulmama Hərəkatı, İƏT və COP29-a Azərbaycanın sədrlik fəaliyyətini vacib əməkdaşlıq platformalarından biri kimi qeyd ediblər.

Görüş zamanı həmçinin Azərbaycanın münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri müzakirə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.