Siyasət

Türkiyədə "3+3" formatında XİN rəhbərlərinin görüşü keçiriləcək

19 İyul 2024 13:41
Baxış: 540

Türkiyədə xarici işlər nazirlərinin "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) növbəti görüşü keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.

Qeyd edək ki, bu formatda görüş ötən ilin oktyabrında Tehranda keçirilib. Görüşdə iştirak və çıxış edən xarici işlər naziri Ceyhun Bayramov qeyd olunan formatın regional problemlərin region ölkələri tərəfindən həlli yollarını nəzərdən keçirmək məqsədilə yaradıldığını qeyd edib.

Platformanın mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlamaq, regionda təhlükəsizliyi və sabitliyi gücləndirmək, iqtisadi artım və tərəqqi naminə istifadə edilməmiş potensialı üzə çıxarmaq üçün əhəmiyyətli potensiala malik olduğunu bildirib.

Region ölkələrinin qarşılıqlı fəaliyyət və əməkdaşlığının təməl daşı kimi suverenliyə, ərazi bütövlüyünə və bir-birilərinin sərhədlərinin toxunulmazlığına hörmətin, daxili işlərə qarışmamağın vacibliyini vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.