Siyasət

Ermənistandan minalarla bağlı dəqiq məlumatları verməsini gözləyirik - Elçin Əmirbəyov

31 May 2024 13:14
Baxış: 591

Azərbaycan mina problemi ilə bağlı məsuliyyətini dərk edərək, bütün minatəmizləmə işlərinin maliyyələşdirilməsi baxımından 95 faizini öz dövlət büdcəsi hesabına ödəyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov jurnalistlərə açıqlamasında deyib.

"Bu, onu göstərir ki, biz heç də digər ölkələrdən yardım gözləmir, öz işimizi özümüz görürük. Eyni zamanda, çox vacib məqamdır ki, beynəlxalq ictimaiyyət bu əsas problemə öz lazımi diqqətini göstərsin.

Gözləntimiz ondan ibarətdir ki, Ermənistan bizim tələbimizə uyğun olaraq, dəqiq məlumatları verməlidir. Bu, eyni zamanda, iki tərəf arasında etimad qurucu tədbir kimi görülə bilər.

Verilmiş məlumatlar, siz bildiyiniz kimi, çox keyfiyyətsiz və aşağı səviyyədə olan məlumatdır. Buna baxmayaraq, konfransın əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda mina probleminə yönəltməkdir.

Gördüyünüz kimi, burada 300-dən çox beynəlxalq ekspert iştirak edir. Bu isə məsələnin tanıdılması baxımından və beynəlxalq ictimaiyyətin Azərbaycandakı mina probleminə diqqətini cəlb etmək baxımından vacib bir tədbirdir",- deyə E.Əmirbəyov bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.