Siyasət

XİN rəhbəri: “Misir məcburi köçkünlərlə bağlı Azərbaycana kömək etməyə hazırdır”

24 May 2010 12:19
Baxış: 199
Bu barədə Misirin xarici işlər naziri Əhməd Əbül Geyt mayın 24-də Azərbaycana rəsmi səfəri ərəfəsində Trend-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, Misir ATƏT-in Minsk qrupunun regionda təhlükəsizlik və sülh üçün zəruri olan münaqişənin həlli və vəziyyətin sabitləşməsi üzrə səylərini dəstəkləyir: "Misir regiondakı hadisələri diqqətlə izləyir və özünün regional və beynəlxalq məsuliyyətindən çıxış edərək, beynəlxalq hüququn prinsiplərinin, eləcə də regional təhlükəsizlik, dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə  prinsiplərinin həyata keçirilməsini zəruri hesab edir".

Misirli nazir ona da deyib ki, ölkəsi BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi bütün qətnamələrin yerinə yetirilməsinin tərəfdarıdır. Onun fikrincə, bu qətnamələr münaqişənin nizamlanması üçün əsas olmalıdır: "Azərbaycan və Misiri bir-biri ilə möhkəm tarixi əlaqələr bağlayır, eyni zamanda, Misirin Ermənistanla da yaxşı münasibətləri var. Ona görə də biz ümid edirik, danışıqlar yolu ilə tərəflər münaqişənin hamını qane edəcək həllini tapa biləcəklər".

/Trend/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.