Azərbaycanın keçdiyi inkişaf yolu bir çoxları üçün nümunədir - Sevil Mikayılova
ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev bu gün dünyanı, xüsusən bölgəmizi narahat edən bir sıra məsələlərlə bağlı Azərbaycanın mövqeyini bildirdi. Təxminən 4 saata yaxın davam edən çıxışında Azərbaycan Prezidenti növbəti dəfə beynəlxalq ictimaiyyətə regiondakı vəziyyət və dünyada baş verən proseslərin regiona təsirləri barədə dolğun məlumatlar verdi.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
O bildirib ki, Azərbaycanın qazandığı uğurlar bütün dünyanı heyrətləndirir, bu nailiyyətlərin əsasında duran amillər geniş təhlil olunur.
"Azərbaycanın keçdiyi inkişaf yolu, beynəlxalq aləmdə qazandığı nüfuz, yürütdüyü müstəqil xarici siyasət, ədalətli mövqeyi bir çoxları üçün nümunədir. Təqdirəlayiqdir ki, ölkənin iqtisadi müstəqilliyi sadalanan uğurlara aparan yolun əsasını təmin edib.
Ötən illər ərzində Azərbaycan dövləti neft gəlirlərindən rasional istifadə etməklə davamlı iqtisadiyyat qurmağı bacarıb. Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib. Ölkədə dayanıqlı inkişaf əldə olunub. Zamanında atılan dəqiq addımların nəticəsi olaraq bu gün Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərə bilir".
Deputat əlavə edib ki, iqtisadi sahədə əldə edilən uğurlar digər sahələrdə inkişafa müsbət təsirlərini göstərə bilib.
"Azərbaycan öz hərbi-siyasi gücü hesabına uzun illər işğal altında olan torpaqlarını azad edib və ədaləti öz gücü ilə bərpa edib. Hazırda gündəlikdə duran əsas məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır və təqdirəlayiq haldır ki, bu istiqamətdə baza prinsiplərinin razılaşdırılması tam real görünür".
S.Mikayılova vurğulayıb ki, Azərbaycanın qazandığı uğurları heç bir halda qəbul etmık istəməyən qüvvələr hazırda ölkəmizə qarşı qərəzli mövqe tuturlar.
"Bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumların şahidi oluruq. Həmin ölkələr faktiki olaraq Azərbaycana qarşı soyuq müharibə aparırlar. Təbii ki, Azərbaycan dövləti təhdidləri görür və cavab tədbirləri də gecikmir. Bu isə aydın şəkildə göstərir ki, heç bir qüvvə Azərbaycanla təzyiq dilində danışa bilməz.
Bu gün Azərbaycan regionun lider dövləti kimi həm regional, həm də qlobal problemlərin həllinə öz töhfəsini verir. COP29-un Azərbaycanda keçirilməsi də aparılan sistemli fəaliyyətin nəticəsidir. Azərbaycan dünyanın yaşıl gündəliyini aktiv təşviq edən ölkələrdən birinə çevrilib. COP29 təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək baxımından Azərbaycan üçün xüsusi imkanlar yaradır. Bu tədbir, eyni zamanda, region dövlətlərinin birgə əməkdaşlığının qurulması və inkişaf etdirilməsi üçün unikal fürsət olacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir





