Vardanyanla bağlı sensasiyalı detallar üzə çıxdı
Ruben Vardanyan kimdir?
1968-ci ilin may ayının 25-də doğulan Ruben Vardanyan erməni əsilli rusiyalı oliqarxdır. Özünü dünyanın heç bir yerində tanınmayan "dövlət"in naziri elan edən Vardanyan Putinin də tədbirlərində iştirak etdiyi "Skolkovo" məktəbinin əsasını qoyub. "Washington Times" yazır ki, Vardanyan ilə Putin yaxın dost olub.
2011-ci ildə "Forbes"in hazırladığı siyahıda Rusiyanın ən varlısı kimi təqdim olunan Vardanyan "Troika Dialog"un rəhbəri olub. Hansı ki, bu şirkətin adı çirkli pulların yuyulmasında hallanıb.
Vardanyan 2021-ci ildə Rusiya vətəndaşlığından imtina etməsinə baxmayaraq orada biznes fəaliyyətini davam etdirib. O, "ROSTEC", KAMAZ OJSC kimi məşhur şirkətlərə rəhbərlik edib. Bundan əlavə, o "Avtovaz"ın keçmiş sahibi olub, lakin 2013-cü ildə payını 180 milyon dollara satıb.

"Skolkovo" proyekti
2009-cu ildə Aleksey Navalni "Skolkovo" ilə bağlı araşdırmalar aparan zaman məlum olub ki, proyekt üçün sərf olunan 500 milyon dolların 250 milyonu bağışlanıb, yarısı isə "Sberbank"ın kreditindən ibarətdir.
"Kredit qeyri-müəyyən şərtlərlə və qeyri-müəyyən zəmanətlərlə verilib. Həm Skolkovo məktəbi, həm də Sberbank kreditin şərtlərini açıqlamaqdan qəti şəkildə imtina edirlər", - Navalni qeyd edib.
"Skolkovo məktəbinin tikintisi dövlətə məxsus "Sberbank"ın vəsaiti hesabına maliyyələşdirilib və heç kim pulu qaytarmaq fikrində deyildi, lakin Vardanyan və qalan maqnat dəstəsi sadəlövh ictimaiyyətə və jurnalistlərə bunu fərqli şəkildə təqdim etdi", - Navalni əlavə edib.

"Troika Dialoq" ilə bağlı hesabat
Rusiyada kapitalizmin yeni inkişafı dövründə "Troika Dialoq" ilə özünə ad-san qazanan Vardanyan bu layihə ilə Kreml ilə əlaqələrini möhkəmləndirib. O, milyoner statusunu da məhz bu dövrdə əldə edib.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (Organized Crime and Corruption Reporting Project - OCCRP) jurnalistinin əldə etdiyi məlumata görə "Troyka Çamaşırxanası" 2006-cı ildən 2013-cü ilə qədər hazırda fəaliyyəti dayandırılan Litva bankı vasitəsi ilə 4.8 milyard dollar ölkədən çıxarılıb. Vardanyan bu məsələdə şəxsən təqsirli bilinməsə də, bu proses onun rəhbər olduğu dönəmə düşüb.
2019-cu ilin mart ayında Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının sədri Jan-Kloda Vardanyana sanksiyaların tətbiq edilməsi ilə bağlı məktub ünvanlayıblar. Məktub Britaniya, Almaniya, İsveç, Litva, Polşa və başqa ölkələri təmsil edən 22 Avropa Parlamentinin üzvü tərəfindən imzalanıb.

Vardanyanın Ukraynaya qarşı aqressiyada iştirakı
Aktiv Rusiya yönümlü mövqeyi ilə tanınan Vardanyan Ukraynanın sanksiya tətbiq etdiyi şəxslər sırasındadır. Siyahıda o, "dərhal həbs olunmalı və Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli" şəxs kimi göstərilir. O, Rusiyanın təcavüzünü inkar etməkdə və açıq şəkildə əsaslandırmaqda və postsovet məkanında hərbi əməliyyatları maliyyələşdirməkdə ittiham olunur.
Britaniyanın Mühafizəkarlar Partiyasının üzvü Bob Blekman çıxışı zamanı Vardanyanı Ukraynaya qarşı aqressiyanın şəriyi kimi təqdim edib. "Onun şirkətləri Ukraynada və Dağlıq Qarabağda hərbi mövcudluğun genişləndirilməsi prosesində yaxşı yaxşı iştirak edib".
Vardanyanın Tehranla da əlaqələri var. Mənbə bu əlaqələrin "Qorçakov fondu" sayəsində olduğunu iddia edir.
O, sanskiyalardan yayınmaq üçün Rusiya vətəndaşlığından imtina etsə də Ukrayna onun "qara siyahı" da olması ilə bağlı sənədi yeniləyib.

Vardanyanın Azərbaycan torpaqlarında qanunsuz fəaliyyəti
Rusiya vətəndaşlığından imtina edən Ruben Vardanyan 2022-ci il sentyabrın 1-də Qarabağa köçüb. Vardanyan sülhməramlıların fəaliyyəti dövründə Azərbaycana məxsus ərazidə mis, molibden və qızıl yataqlarını qanunsuz olaraq ələ keçirib.
2022-ci il oktyabrın 20-də Vardanyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın hökumət başçısı "vəzifəsi"nə "təyin edilib" və noyabrın 4-də "vəzifə"sinin icrasına başlayıb. Lakin Bakının qətiyyətli addımlarından sonra qondarma vəzifədən çıxmalı olub. Buna baxmayaraq Vardanyan Xankəndidə təxribatçı fəaliyyətini davam etdirib. O, aktiv şəkildə Qarabağın "status məsələsi"ni gündəmdə saxlamağa çalışıb, "böhran", "humanitar fəlakət", "aclıq" kimi kartlardan istifadə etməklə beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə cəhd edib.
Vardanyan sentyabrın 27-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb və Bakıya gətirilib.
Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açılıb.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var





