Siyasət

Moldovanın sabiq Baş naziri: Azərbaycanda hər sahənin inkişafının şahidi oluruq

15 Mart 2024 18:03
Baxış: 596

Bakı Qlobal Forumunda aparılan müzakirələr dünya gündəmində yer alan problemlərin həllinə töhfə verəcək. Düşünürəm ki, irəli sürülən təkliflərin, müzakirələrin nəticəsi müsbət olacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Moldovanın sabiq Baş naziri, XI Qlobal Bakı Forumunun iştirakçısı Dumitru Braqhis deyib.

"Azərbaycanda hər sahənin inkişaf etdiyinin şahidi oluruq. Belə ki, bu Forum vacib sualların və problemlərin həllini tapmaq üçün Azərbaycan tərəfindən göstərilən çox mühüm təşəbbüsdür. Eyni zamanda, Azərbaycanın beynəlxalq problemlərin həllində çox mühüm rol oynadığını görmək imkanı verəcək", - deyə Dumitru Braqhis əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.