Siyasət

Prezident: Macarıstan Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşıdır

29 Fevral 2024 11:05
Baxış: 424

Macarıstan Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşıdır. Qarşılıqlı inam və etimada əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın yeni seçilmiş Prezidenti Tamaş Şuyoka təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib: "Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişlənməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Macarıstan arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, çoxşaxəli əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi naminə birgə səylər göstərəcəyik".

Sonda Prezident İlham Əliyev yeni Prezidentə ən xoş arzularını çatdırıb, dost Macarıstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində müvəffəqiyyətlər diləyib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.