Paşinyan Makronun çətiri altında - Səmimiyyətin arxasındakı gizli plan...
Bu gün Fransa Ermənistana yeni silah partiyası göndərəcək. Bu barədə Fransanın "Le Figaro" nəşri yazıb. Məlumatda bildirilir ki, Fransanın Ground Master (GM200) radarları və gecəgörmə cihazları Ermənistana gətiriləcək.
Qeyd edim ki, bundan əvvəl Fransa Ermənistana "Bastion"lar vermişdi. Fransa başı Rusiya ilə müharibəyə qarışan Ukraynanın belə bəyənmədiyi, Cənubi Qafqazda istifadə üçün nəzərdə tutulmayıb Afrika və Yaxın Şərqin iqlim şəraitinə uyğunlaşdıran "Bastion"ları əldən çıxarmaq üçün bir daşla iki quş vurmuşdu. Belə ki, Fransa həm yarasız texnikasını sırımışdı, həm də ermənilərin rəğbətini qazanmışdı.

Bundan əlavə, Fransanın müdafiə naziri ilk dəfə Ermənistana getməyə hazırlaşır. Sebastien Lecornyu bildirib ki, o, tezliklə Ermənistana silah istehsalçılarından ibarət böyük nümayəndə heyəti ilə səfər edəcək. O qeyd edib ki, Fransa İrəvana kömək etmək və "müdafiə potensialını artırmaq" üçün "məsuliyyət daşıyır: "Ermənistan ciddi təhlükəsizlik problemləri, o cümlədən Azərbaycandan gələn təhdidlərlə bağlı suverenlik və sərhədlərin mühafizəsi məsələləri ilə üz-üzədir".
Bu gün şəxsi Feysbuk səhifəsində erməni dilində status yazıb Ermənistanı dəstəklədiyini ifadə edən Makron isə ötən gün Azərbaycana qarşı ittihamlar səsləndirib. Makron dünən Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Fransanın "Ermənistana, onun müstəqilliyinə, ərazi bütünlüyünə, demokratik proseslərinə və sülhə can atmasına dəstəyinə" bel bağlamaq olar:
"Azərbaycanla sərhəddəki son insidentlər göstərir ki, eskalasiya təhlükəsi real olaraq qalır. Fevralın 12-dəki bu insident zamanı Azərğbaycan əsgərinin yaralanmasından Fransa təəssüfləndiyini bildirir. Lakin Azərbaycanın qeyri-proporsional cavabı və bunun nəticəsində Ermənistanın 4 hərbçisinin həlak olması, bir hərbçinin də yaralanması bizi təəssüfləndirir. Fransa ədalətli və stabil sülhə yönəlmiş bütün səyləri dəstəkləyəcək", - E.Makron söyləyib.

Münhen Təhlükəsizlik Konfransında İlham Əliyev ilə Paşinyan arasındakı görüşdən kənar qalan Makron tələm-tələsik Paşinyan ilə görüşərək Ermənistanı tək qoymayacağını bildirərək azalmış nüfuzunu bərpa etməyə çalışıb. Makron isə öz növbəsində Paşinyanın "şəxsi cəsarətini və qətiyyətini" təqdir edib.
Fransa prezidentinin Paşinyanın üzərinə çətir qaldırmaqla sübut etməyə çalışır ki, Ermənistan və onun baş naziri Fransanın təhlükəsizlik çətiri altındadır. Son proseslər göstərir ki, Ermənistan sülhə yönəlməkdənsə yeni təxribatlara hazırlıq görür. Onların silahlanmaya davam etməsi, Fransalı nazirin İrəvana getməsi, Makronun ittihamları bunu deməyə əsas verir. Ermənistan sülh istəyirsə bu kimi addımlardan çəkinməli, Cənubi Qafqazda sabitliyin təmin olunması üçün çalışmalıdır. Makron isə Paşinyanı "qızışdırmaqdansa" öz ölkəsindəki problemləri həll etsə daha yaxşı olar.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
WUF13-də Bakı Şəhərsalma Mükafatı təsis edilib - FOTO
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub - FOTO
-
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
-
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək - YENİLƏNİB - FOTO
-
Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib
XƏBƏR LENTİ
-
Yayın vazgeçilməzidir, faydaları saymaqla bitmir
-
Gənc yaşda olan ürək problemlərinin əsas SƏBƏBİ
-
Ürək sağlamlığı üçün həftədə nə qədər idman etmək lazımdır?
-
Nə paltaryuyan, nə soyuducu: sobadan daha çox elektrik işlədən cihaz
-
Son dövrün ən çox danışılan super meyvəsi: aronya nədir?
-
Ançelottidən Neymara ciddi şərtlər
-
Yerli əhali ona 'cəhənnəm qapısı' deyir: hər il bir az da böyüyür
-
"Hələ qərar verilməyib, görək, həyat yoldaşım nə deyəcək?"
-
“Uzak Şehir”də növbəti ayrılıq
-
Kartofları təptəzə saxlamağın üsulu
-
Günün qoroskopu: Sizi daşınmaz əmlak alqı-satqısı gözləyir
-
Fərda efirdə ağladı
-
"EFES - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə mərhələsi keçirilib - FOTO
-
ABŞ və İran arasında növbəti danışıqların tarixi açıqlandı
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
İçi şokoladlı peçenye resepti
-
Tacir Şahmalıoğlunun oğlunun toyundan görüntülər - VİDEO
-
“Brent” nefti ucuzlaşdı
-
Pezeşkian: Müharibənin qarşısını almaq üçün bütün yolları araşdırmışıq
-
Səhvən Kralın ölüm xəbərini yaydılar
-
Rusiya Ermənistandan bu məhsulun idxalını məhdudlaşdıracaq
-
Azərbaycanda yasda kütləvi zəhərlənmə - YENİLƏNİB
-
İtaliyadan Okan Buruka nəhəng müştəri var
-
Haluk Levent xəstəxanaya yerləşdirildi





