Siyasət

Paşinyan kim olduğunu bir daha göstərdi

12 Fevral 2024 12:29
Baxış: 1 473

Ermənistanın baş naziri Nikol Paşinyan Britaniyanın nüfuzlu "The Telegraph" nəşrinin jurnalisti Roland Olifanta müsahibə verib və gərəkdiyindən artıq danışmaqla yanaşı, yenə xəyallarını reallıq, reallığı isə arzular kimi qələmə verib. Yalanı gerçəyə, hiyləni istəyə qarışdıran N.Paşinyanın müsahibəsi qalmaqal yaradıb.

Onun sözlərinə görə, 2022-ci ilin oktyabrında, Çexiyanın paytaxtı Praqada Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqının Siyasi Şurasının sədri Şarl Mişelin də iştirakı ilə Azərbaycanla Ermənistan bir-birlərinin suverenliklərini Almata bəyannaməsinə əsaslanaraq tanıyıblar. Daha sonra, oktyabrın 30-da isə Moskvada tərəflər sərhədləri qarşılıqlı şəkildə tanıyaraq kommunikasiyaları açmağa razılıq veriblər. Bu mövqe 2023-cü ilin mayında Brüsseldə təsdiqlənib.

"Ermənistan istənilən güclü və suveren dövlət kimi güclü ordu hüququna malikdir. Dünya birliyi də artıq əmin oluub ki, son vaxtlar müdafiə qabiliyyətimiz artıb. Əgər Azərbaycanın mövqeyi imzaladığını sənədi və ya üzərinə götürdüyü beynəlxalq öhdəliyi tanımaq niyyətində deyilsə, bunu açıq və aydın şəkildə deməlidir. Əgər Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəliklərə sayğı bəsləmirsə, istənilən zaman istənilən dövlətə, yəni istənilən qonşusuna hücum edə bilər. Mən Tanrıya inanıram və düşünürəm ki, özünə sayğı bəsləyən istənilən dövlət beynəlxalq öhdəliklərinə hörmət etməlidir", - N.Paşinyan söyləyib.

Ermənistanın baş naziri daha sonra bildirib ki, ölkəsi NATO üzvü olmağın müümkünlüyünü, bu təşkilatda təmsil olunmağı müzakirə etmir: "Rusiyaya arxa çevirmirik. Sadəcə, tərəfdaşlarımızla münasibətlərimizi və əlaqlələrimizi genişləndirmək istəyirik".

2022-ci ilin dekabrınlda Ermənistanın Roma statusuna qoşulması prosesinə başlamasınlan bəşs edərkən N.Paşinyan bu qərarı "elə həmin il Azərbaycanın hücumundan sonra Ermənistanın təhlükəsizlik sistemində yaranmış çatlar"la əlaqələndirib.

Daha sonra məlum olub ki, sən demə, bu ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsindəə söylədiyi fikirlər "sülh prosesinə zərbə" olub: "Hər şey Dağlıq Qarabağda ermənilərin etnik təmizləmələrə məruz qalmasından sonra başlandı, daha sonra Qranada və Brüssel görüşlərindən imtina ilə davam etdi".

Xatırladaq ki, Avropa İttifaqı Şurasının İspaniyanın Qranada şəhərində keçirilmiş sammitində Azərbaycan və Ermənistan liderlərinin görüüşünün baş tutmamasının yeganə səbəbi Fransa prezidenti Emmanuel Makronun ölkəmizə qarşı düşmənçilik məzmunda açıqlamaları idi. Qranada görüşündə Makron "vasitəçi" olmaq istəyirdi. Brüssel görüşünün reallaşmasının səbəbi isə Şarl Mişellə Jozep Borrelin neytral, obyektiv vasitəçi ruhuna tam zidd olan bir sıra bəyanatları olmuşdu.

Nikol Paşinyanın olmayan "Dağlıq Qarabağ"dan bəhs etməsi, üstəlik uydurma "etnik təmizləmə"dən danışması isə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının rəsmiləşdirildiyi Müstəqillik Bəyannaməsi, Konstitusiyası və bir sıra qanunları kimi sülh prosesinə zərbədir.

Jurnalistin "Ermənistanla Azərbaycvan arasında sülh sazişinin imzalanması prosesi niyə ləngiyir?" sualına N.Paşinyan belə cavab verib: "Sazişin prinsipləri və arxitekturası artıq razılaşdırılıb. Ötən ilin sonunda bizə belə gəlirdi ki, sazişin yekun mətninin son variantına çox yaxınıq".

Ermənistanın Avropa İttifaqına doğru sürətli hərəkətinə başlamaq, bunu məqsədə çevirmək və ümumiyyətlə, həmin prosesin məntiqi olub-olmaması ilə bağlı suala isə Paşinyanın cavabı yetərincə maraqlı idi: "Ermənistan Avropa İttifaqına bu təşkilatınn mümkün sayacağı qədər yaxın olmağa hazırdır".

Nikol Paşinyan "sülh prosesinə zərbə"lərdən danışır.

Bəs "Qarabağ Ermənistandır və nöqtə!" qışqırtıları; Laçın dəhlizi ilə Qarabağa silah, sursat və minaların daşınması; İrəvanın onillər boyu Xankəndindəki separatçı rejimi maliyyələşdirməsi, hər cür təmin etməsi; Azərbaycan ərazilərinin işğal edilmiş 20 faizində Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin yerləşdirilməsi; onillər boyu davam edən irqçi, şovinist və anti-Azərbaycan təbliğatı - bütün bunlar zərbə deyildimi?

Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gətiriləndən sonra sadalanan zərbələr artıq kompleks prosesm halını aldı. Nəticədə Ermənistan əvvəlcə 2022-ci, sonra isə 2023-cü ildə həmin prosesin layiqli cavablarını aldı.

Ermənistanın baş naziri yenə də yalan danışır. Sülh prosesinə zərbə vuran, sülh sazişinin imzalanmasını ləngidən İrəvandır. Amma ermənilər indi anlayıblar ki, sülh sazişi Azərbaycandan daha çox Ermənistana gərəkdir.

İsraillə HƏMAS arasındakı münaqişə, bu qarşıdurmaya İranın Yaxın Şərqdə nəzarət altında saxladığı qüvvələrin birbaşa və ya dolayı yolla qatılması, Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar, Çin və Tayvan arasındakı konfliktin ifrat dərəcədə kəskinləşməsi, Avropa İttifaqındakı siyasi və iqtisadi problemlər, ABŞ-ın prezident seçkilərinə hazırlaşması və s. kimi proseslər təbii ki, Cənubi Qafqaza təsirsiz ötüşməyib.

Bölgədə ötən əsrin sonlarından bəri hakim olmayan sülh və stabilliyin bərqərarı üçün bütün region ölkələrinin ciddi səylərim gərəkdir. Ermənistan indi olduğu kimi, müxtəlif hamilərin və vəd verən tərəflərin bəyanatlarına inanmağa davam edərsə, revanşist və qisasçı ruhlu qüvvələrin aktivləşməsinin qarşısını almazsa, sürətlə silahlanmağı güclü ordunun formalaşması prosesi qismində əxz edərsə - situasiya normallaşmayacaq. Tam əksinə, bölgə yeni risklər və geosiyasi çağırışlarla üzləşəcək.

Bakı və İrəvan arasında birbaşa, ikitərəfli sülh danışıqlarının qarşısını almaq istəyən qüvvələr və dövlətlər çoxdur. Onların arasında Fransa xüsusi yer tutur. Rəsmi Paris Ermənistana total və tam dəstək verməklə İrəvanı öz geosiyasi təsir farvaterinə daxil etmək, sonra isə Ermənistandan plasdarm qismində istifadə edərək Cənubi Qafqazdakı proseslərə təsir imkanlarına yiyələnmək niyyətindədir. Emmanuel Makronun ən ümdə istəyi isə Bakı ilə münasibətləri "dominion-metropoliya" səviyyəsindəki təmaslar formatına salmaqdır ki, bu da, yumşaq desək, illüziya və xam xəyaldır.

Azərbaycan xarici və daxili siyasətinə heç bir qüvvənin, dövlətin və ya təşkilatın müdaxiləsinə imkan verməyib, vermir və verməyəcək.

Fransanın ölkəmizə az qala bütün müstəvilərdə ən ağır pressinq cəhdlərinə əl atması, xüsusilə də sülh danışıqları prosesində "təminatçı və vasitəçi" roluna yiyələnmək istəyi regionda möhkəmlənmək istəyindən qaynaqlanır.

Avropa İttifaqının yürütdüyü siyasət də reallıqdan, obyektivlikdən və konstruktivlikdən çox uzaq olaraq, Fransanın regiondakı strategiyasının dəstəklənməsinə xidmət edir.

Fransa İrəvanı sürətlə silahlandıraraq faktiki olaraq yeni müharibəyə hazırlamağa cəhd göstərirsə, Avropa İttifaqı Ermənistandakı Müşahidə-Monitorinq Missiyasından (EUMA) kəşfiyyat, agentura və geosiyasi təsir mexanizmi kimi istifadə edir.

Parislə Brüssel çox təhlükəli, ciddi fəsadlara səbəb olacaq davranış modelini seçiblər ki, bu çirkin ssenaridə məğlub tərəf mütləq şəkildə Ermənistan olacaq.

Ermənistanın gələcəyi Makronu, Borreli və Mişeli maraqlandırırmı?

İndi hadisələr göstərir ki, çətin...

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.