Siyasət

Mixail Qutseriyev İlham Əliyevi təbrik etdi

10 Fevral 2024 16:08
Baxış: 479

Rusiyanın "SAFMAR Qrupu" Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan vətəndaşları xalqın əsl lideri, ölkənin sabit inkişafını təmin etməyə, onun suverenliyini qoruyub saxlamağa, dünyanın geosiyasi arenasında respublikanın mövqelərini möhkəmləndirməyə qadir olan güclü müdrik siyasi xadim kimi növbəti dəfə Sizi dəstəklədilər.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.