ATƏT-dəki nümayəndəliyimiz Ermənistana cavab verdi
Azərbaycanın bütün əraziləri üzərində suverenliyini bərpa etməsindən və qanunsuz rejimin özünü buraxmasından sonra Ermənistan nümayəndə heyəti nəhayət, yeni reallıqla barışmalı və götürdüyü öhdəlikləri yerinə yetirməyə fokuslanmalıdır.
Milli.Az xəbər verir ki, Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin Ermənistan nümayəndə heyətinə cavab bəyanatında belə qeyd olunub.
Bəyanatda bildirilib ki, Azərbaycana qarşı təcavüzkar müharibəyə başlamağa görə tam məsuliyyət daşıyan və beynəlxalq hüququ, eləcə də ATƏT prinsiplərini pozaraq Azərbaycanın ərazilərinin 20 faizini işğal etmiş Ermənistan başqalarına insan hüquqlarından, hüquq və tarixdən qaynaqlanan məsələlərdən mühazirə oxuya biləcək sonuncu ölkədir: "Azərbaycanın bütün ərazisi üzərində suverenliyini bərpa etməsi və Ermənistan tərəfindən keçmiş işğal altındakı ərazilərdə yaradılmış qanunsuz "Miki Maus" rejiminin özünü buraxmasından sonra Ermənistan nümayəndə heyəti nəhayət, yeni reallığı qəbul etməli və onunla barışmalı, bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanımaya və hörmətə əsaslanan dövlətlərarası əlaqələrin üç xətli normallaşması ilə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə fokuslanmalıdır".
Bəyanatda o da vurğulanır ki, Ermənistan nümayəndə heyəti Qarabağın erməni sakinlərinin bölgəni tərk etməsinin arxasındakı real səbəbləri öz ölkələrinin 30 illik işğal siyasətlərində axtarmalıdır.
Bildirilib ki, Ermənistan rəsmiləri Qarabağın Ermənistana anneksiyası istəklərinə bəraət qazandırmaq məqsədilə açıq şəkildə Azərbaycana qarşı etnik uyğunsuzluq və nifrət ideyalarını təşviq ediblər. "Ermənistan nəhayət, anlamalıdır ki, yalnız suverenlik və ərazi bütövlüyünü qarşılıqlı tanımaya əsaslanan Azərbaycanla sülh və yaxşı qonşuluq münasibətləri regional təhlükəsizliyi təmin edə, etimad inşa edə və Azərbaycan ərazilərinin təxminən 30 illik işğalının nəticələrinin aradan qaldırılmasının, Ermənistandan çıxarılan azərbaycanlılar da daxil olmaqla bütün köçkünlərin təhlükəsiz və könüllü qayıdışının şərtlərini formalaşdıra bilər. Lakin Ermənistan nümayəndə heyətinin bugünkü bəyanatları Ermənistanın məhz bundan qorxduğunu göstərir", - bəyanatda qeyd olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
XƏBƏR LENTİ
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?





