Siyasət

ATƏT-in missiyanın “gey” üzvü Azərbaycanda gərginlik yaratdı

3 Fevral 2024 13:03
Baxış: 1 019

Xəbər verdiyimiz kimi, ATƏT-in seçkiləri müşahidə missiyasında ciddi qarşıdurma mühiti mövcuddir, davalar, kəskin ittihamlar və təhqirlərlə müşayiət olunan polemikalar yaşanır. Daha biabırçı fakt isə ATƏT müşahidə missiyasının tərkibində olan cinsi azlıq nümayəndələri ilə bağlıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bir qrup müşahidəçinin regiona səfəri çərçivəsində kifayət qədər konservativliyi ilə seçilən rayonların birində olduqları zaman cinsi azlıqların nümayəndələri nümayişkaranə şəkildə öz cinsi tələbatlarından irəli gələn hərəkətlər ediblər. Bu isə yerli sakinlərin narazılığına səbəb olub.

Qeyd edək ki, ATƏT-in seçkiləri müşahidə missiyasının daxilində yaşananlar, onların pozitiv hesabatları qəbul etməməsi, üstəlik, tərcüməçilərə qarşı təhqiramiz münasibəti haqda sensasiyalı məlumat yayılıb.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.