Siyasət
Macarıstan Prezidenti səfir Həsən Həsənovu ordenlə təltif etdi
21 May 2010 10:17
Baxış: 244
AzərTAc-ın verdiyi xəbərə görə, H.Həsənov Macarıstan Respublikasının Prezidenti Laslo Şoyom tərəfindən qəbul edilib. L.Şoyom bildirib ki, son illərdə Macarıstanla Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Səfir H.Həsənovun Macarıstan - Azərbaycan əlaqələrinin inkişafı istiqamətində fəaliyyəti Prezident L.Şoyom tərəfindən yüksək qiymətləndirilib. H.Həsənova Macarıstanda fəaliyyət göstərən səfirlərə verilən ən yüksək mükafat - Orta Xaç Ordeni təqdim olunub.
H.Həsənov fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib və qeyd edib ki, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Prezidenti L.Şoyomun şəxsi fəaliyyətinin nəticəsidir.
Səfir həmçinin Macarıstan Xarici İşlər Naziri Peter Balaj ilə görüşmüşdür. Xarici İşlər Nazirliyində H.Həsənovun şərəfinə ziyafət təşkil olunmuşdur. Ziyafətdə nazirliyin rəhbərliyi və bir sıra səfirlər iştirak ediblər.
Bundan əlavə, H.Həsənov Səfirliyin yerləşdiyi "Podmanitski sarayı" adlandırılan tarixi binanın uğurlu restavrasiyası və qorunmasına görə Budapeşt Şəhər Memarlıq Abidələrinin Mühafizəsi İttifaqı tərəfindən "Podmanitski medalı" ilə, Korvinus Universiteti ilə Azərbaycan ali məktəbləri arasında əlaqələrin qurulması işində dəstəyə görə Korvinus Universitetinin "Gümüş medal"ı, Azərbaycan və Macarıstan təsviri incəsənət nümunələrinin təbliğinə görə Macar İncəsənəti Cəmiyyətinin "Macar incəsənəti naminə medal"ı, hərbi tarixi yaddaşın dirçəldilməsi işində fəaliyyətinə görə Macarıstan Hərbi Tarix Muzeyi tərəfindən "Qızıl medal" ilə təltif olunub.
Səfir H.Həsənov həmçinin Azərbaycan və Macarıstan arasında mədəni əlaqələrin inkişafına görə Budapeşt şəhərinin VI Rayon Meriyası tərəfindən fəxri fərmanla, Azərbaycan və Macarıstanın təbliği, Azərbaycanın İctimai Telekanalı ilə Macarıstanın DUNA TV telekanalı arasında əlaqələrin qurulmasında göstərdiyi dəstəyə görə DUNA TV-nin Fəxri Mükafatı ilə, macar dilində "Azərbaycan eposları", "Azərbaycan mədəniyyəti Macarıstanda" kitab seriyalarının ideya müəllifliyinə və nəşrinin həyata keçirilməsinə görə Avropa Folklor İnstitutunun fəxri fərmanı ilə, "Azərbaycan və macar xalqlarının ortaq kökləri" kitabının müəllifi kimi Macarıstanın Qədim Tarixi Cəmiyyətinin fəxri fərmanı ilə təltif olunub.
Bununla yanaşı, səfirə Azərbaycan və macar xalqları arasında əlaqələrin inkişafına, tarixi irsin qorunması ilə bağlı keçirilən tədbirlərdə fəal iştirakına görə Kondoroş şəhərinin Fəxri vətəndaşı adı və döş nişanı təqdim olunub.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqləyib
-
TRIPP işə düşür: Bakıdan Naxçıvana maneəsiz əlaqə təmin olunacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Rəşid Mahmudov: "Qadın elə etməlidir ki, əri ondan ötrü darıxsın"
-
Kürdəmirdə qəza - 4 nəfər xəsarət aldı
-
Bu şəxslər hərbi toplanışlara da çağırılmayacaq – Qanun təsdiqləndi
-
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Azərbaycanda bəzi şəxslərə torpaq pulsuz veriləcək - Kimlərə şamil olunur?
-
“Liverpul” Premyer Liqada tarixi göstəriciyə imza atdı
-
Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Vuçiç ölüm təhdidi aldığını açıqladı - “Mənə açıq mesaj verildi”
-
Tanınmış xanəndə “Zaza Dayı” ilə (Foto)
-
Ada Süleymanova ilə qəzada ölən Anar məşhur iş adamının oğludur
-
Prezident İlham Əliyev ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqləyib
-
İstanbul küçələrində şir peyda oldu – Sakinlər təşvişə düşdü - (Video)
-
Lamin Yamal “Sabah”la oyunu buraxacaq
-
TRIPP işə düşür: Bakıdan Naxçıvana maneəsiz əlaqə təmin olunacaq
-
Ermənistanın yeni Konstitusiya layihəsi bu tarixədək müzakirə olunacaq
-
Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək
-
“Obitus” filminin möhtəşəm qala gecəsi Park Cinemada baş tutdu (Foto)
-
Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada idi? - Detallar
-
Sərxan Kərəmoğlu: "Teymur Əmrahı efirə çağırırdım, Xalq artistləri hərəsi bir qapıdan gedirdi”
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
Vahid Ələkbərovun ən böyük səhmdarı olduğu şirkətin zavodu vuruldu
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Video)
-
Azərbaycanda iki nəfər çayda batdı - Axtarışlar davam edir
-
"Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu