Siyasət

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası hazırlanacaq

25 Yanvar 2024 17:15
Baxış: 529

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası hazırlanacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı "Arbitraj haqqında" Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" fərmanda qeyd edilib.

Fərmana əsasən, Nazirlər Kabineti daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.