Siyasət

Rusiyalı sülhməramlılar ölkəmizdə nə qədər qalacaq?

30 Dekabr 2023 10:25
Baxış: 1 316

"Moskva və Bakı Qarabağda sülhməramlılarla bağlı məsələləri həll edir".

Milli.Az bildirir ki, bunu Rusiya XİN başçısının müavini Mixail Qaluzin deyib. Onun sözlərinə görə, bu, qarşılıqlı hörmət və konstruktiv atmosferdə baş verir.

O xatırladıb ki, Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq münaqişə zonasına yerləşdirilib.

"Heç kim bu sənədi ləğv etməyib. Orada bizim sülhməramlılarımızın 2025-ci ilə qədər bölgədə qalması göstərilir", - Mixail Qaluzin vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.