Siyasət

Azərbaycan və Serbiya arasındakı saziş təsdiqləndi

27 Dekabr 2023 16:39
Baxış: 803

Azərbaycanla Serbiya arasında diplomatların ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlbinə dair saziş təsdiqlənib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Qanunu təsdiqləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.