Siyasət

İlham Əliyevə təbriklər gəlməkdə davam edir

22 Dekabr 2023 17:24
Baxış: 471

Rusiyanın "Komsomolskaya pravda" media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz mübarək. Bu münasibətlə səmimi təbriklərimi qəbul edin. Sizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

"Komsomolskaya pravda" ilə səmimi dostluğa və məhsuldar əməkdaşlığa görə təşəkkürümü bildirirəm".

xxx

Almaniyadan "S.A.T. Security and Transport" şirkətinin icraçı direktoru Konrad Szorq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə təbrik edir və ən xoş arzularımı çatdırıram. Sizə ailəniz və yaxınlarınızla birlikdə uzun ömür, cansağlığı və xoşbəxtlik diləyirəm. Azərbaycanı nüfuzlu, inkişaf edən, müasir və gözəl ölkəyə çevirən ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Bakıya hər səfərimdə bu şəhərdə baş verən inkişafa heyran oluram.

Bu xoş fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirəm.

Qarşılıqlı etimad əsasında uğurlu əməkdaşlıqla nəticələnən xarici səfərləriniz zamanı ölkənizin əsl dostu kimi Sizinlə və nümayəndə heyətinizlə işləməkdən həmişə məmnunluq duyuram və Sizinlə gələcəkdə də işbirliyinə ümidvaram.

Zati-aliləri, icazə verin Sizə ən yüksək ehtiramımı və səmimi hörmətimi bir daha bildirim".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.