Siyasət

DTX Fransadan uzanan əli "qırdı" - Casus şəbəkəsi necə iflas oldu?

22 Dekabr 2023 13:58
Baxış: 3 300

Azərbaycanın son illərdəki uğuru bir sıra ölkələri narahat edir. Antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyünün tamamlanması ilə bu narahatlıq daha da artıb. Bir sıra ölkələr uğurumuzu kölgələmək üçün əllərindən gələni edirlər. Azərbaycanın qələbəsindən narahat olan ölkələrdən başlıcası Fransadır.

Məlum olduğu kimi, Azərbaycanda Fransa kəşfiyyatçılarının geniş rezidentliyi aşkarlanıb. Onların bir qismi Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlarda iştirak ediblər. Üstəlik, rezidentura geniş əlaqələrdən istifadə edərək region ölkələrində fəal şəkildə fəaliyyət göstərib, yeni məqsədlər formalaşdırıb və təsir dairəsini genişləndirib. Belə ki, uzun illər Fransa kəşfiyyatının ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq təşəbbüsü ilə çıxış edib. Onun əməkdaşlığı nəticəsində Azərbaycanda xidmət etmiş, fəaliyyətlərini davam etdirən, bəziləri isə hazırda bir sıra qonşu dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən onlarla fransız məxfi agent ifşa edilib.

Fransa kəşfiyyatının imicinə ciddi zərbə vuran bu uğursuzluqlardan sonra Emanuel Makron dünən Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.

Şəbəkənin ifşa olunması Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığını göstərir. Bu əməliyyat sübut edir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhlükəsizlik orqanları cəmiyyətimizin təhlükəsizliyinin, daxildən və xarixdən gələn təhdidlərin neytrallaşdırılması istiqamətində ardıcıl iş aparır.

Bəxtiyar Umarlı
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.