Siyasət

Hakan Fidan Bakıya bu səbəbə gəlir - Ekspert

14 Dekabr 2023 08:54
Baxış: 2 505

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana gəlişi indiki dövrdə əhəmiyyətlidir, biz strateji müttəfiqik, Şuşa Bəyannaməsi daimi məsləhətləşməni diktə edir.

Bu sözləri politoloq Elxan Şahinoğlu Hakan Fidanın Bakıya səfəri ilə bağlı bildirib.

Onun sözlərinə görə, ciddi hadisələr baş verib, Azərbaycanla Ermənistan arasında birbaşa rabitə formalaşıb, əsirlər dəyişdirilib, inam atmosferinin güclənidirlməsi və sülh sazişinin imzalanması üçün təmaslar genişlənib:

"Türkiyə bu prosesdən kənarda qala bilməz. Çünki Ermənistan Azərbaycanla sülh sazişi imzalayan kimi İrəvanın Türkiyə ilə münasibətlərinin də normallaşması prosesi başlayacaq. Ona görə də Bakı ilə Ankaranın İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə olduğu kimi sinxron hərəkət etməsinə ehtiyac var".

Qeyd edək ki, Hakan Fidan bu gün Bakıya gələcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.