Paşinyandan QARABAĞ ETİRAFI: "2016-cı ildə bu proses qaçılmaz oldu"
""Dağlıq Qarabağ"ın (red: keçmiş qondarma rejim) ləğvi qaçılmazdır və İrəvan bütün resurslarını "Dağlıq Qarabağ" respublikasının yaradılmasına sərf edir, bu isə mümkün deyil.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Deyirlər ki, "Dağlıq Qarabağ"ın indiki "hakimiyyəti" o vaxt (2023-cü ilin payızında ləğv edilib) "Dağlıq Qarabağı" ləğv edib. Amma əslində 2016-cı ilin avqustunda danışıqlar prosesində baş verən substantiv dəyişikliklər nəticəsində bu proses qaçılmaz oldu", - deyə Ermənistanın baş naziri etiraf edib.
Siyasətçinin sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti Qarabağ probleminin emosional qavranılmasının daşıyıcısı olaraq qalır və Ermənistan vətəndaşlarının 90 faizindən çoxu bu fikri bölüşür.
"Biz hakimiyyətə gələndə təbliğat obyekti statusumuz dəyişdi, çünki informasiya daşıyıcısına çevrildik və emosional qavrayışla reallıq arasında böyük uçurum olduğunu gördük. Yəni emosional fikirlərimizi həyata keçirmək üçün bütün resurslardan istifadə etdik. Biz isə hakimiyyətə gələrək bəyan etməli olduq ki, bu emosional qavrayışın həyata keçirilməsi mümkün deyil", - deyə siyasətçi bildirib.
Onun fikrincə, indiki hakimiyyətin günahı ondadır ki, onlar bu haqda xalqla danışmayıblar, hətta onun özü də bu praqmatik reallıqla barışa bilməyib:
"Belə bir söhbətə başlamağın emosional qeyri-mümkünlüyü ondan ibarət idi ki, bu, Ermənistan Respublikasına və onun xalqına 30 il ərzində sadəcə olaraq vaxt itirdiyimizi, ilk növbədə həll edilməyən problemə vaxt və resurslar sərf etdiyimizi söyləmək demək olardı.".
Xatırladaq ki, müzəffər Azərbaycan ordusunun sentyabrın 27-də başlatdığı lokal xarakterli antiterror tədbirləri nəticəsində, qondarma rejimin dırnaqarası rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən tanınmayan qurumun mövcudluğuna son qoyan fərman imzalayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
XƏBƏR LENTİ
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər
-
Dünya bazarında neft bahalaşdı
-
Nadir albinos puma yenidən diqqət mərkəzində – (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Bu ərazilərdə 3 saatlıq işıq kəsiləcək
-
Quba-Xınalıq yolu çökdü
-
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
-
Qazaxda evlərin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - (Video)
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib





