Siyasət

BMT: “Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayırıq”

8 Dekabr 2023 22:25
Baxış: 443

MT-nin baş katibi Antoniu Quterreş Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır".

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarik "Report"a açıqlamasında deyib.

Sözçü bildirib ki, Azərbaycan və Ermənistan qarşılıqlı bəyanat yaymaqla etimat quruculuğu prosesinə töhvə vermək üçün ikitərəfli münasibətlərin normallaşdırılmasına sadiqliklərini təsdiqləyiblər: "BMT tərəflərin bölgədə davamlı sülhün bərqərar olunması və əhalisinin rifahı naminə qarşılıqlı etimadı qorumaqla razılaşmaya əsaslanmağı təşviq edir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.