Siyasət

Ən əsası torpaqlarımızın düşməndən azad edilməsi idi – Füzuli sakini

7 Dekabr 2023 09:00
Baxış: 614

Ən əsası torpaqlarımızın düşməndən azad edilməsi idi ki, bu da Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən həyata keçirildi.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Füzuli sakini Rima İbrahimova deyib.

Onun sözlərinə görə, 30 ildən sonra artıq 57 yaşında Füzuliyə qayıdır.

"Allah Prezidentimizi var eləsin, bizi torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün səyini göstərdi.
Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. İndi çox sevinirəm ki, öz yurduma, doğma elimə qayıdıram. Artıq evlə də təmin olunmuşuq", - deyə o qeyd edib.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 332 ailənin, yəni 1183 nəfərin daimi məskunlaşması təmin edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.