Kuba XİN-lə ilk siyasi məsləhətləşmələr keçirildi - FOTO
4-5 dekabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Kuba Respublikasına səfər edib.
Xarici İşlər Nazirliyindən Milli.Az-a bildirilib ki, dekabrın 4-də Xarici İşlər Nazirliyi ilə Kuba Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Kuba tərəfindən isə xarici işlər nazirinin müavini Elio Rodriqez Perdomo rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti, son müddətdə ölkələrimiz arasındakı əlaqələrdə müşahidə olunan müsbət dinamika, iqtisadi-ticarət, səhiyyə, turizm, təhsil və digər sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb.
E.Məmmədov qarşı tərəfə Azərbaycanın sülh gündəliyi, Ermənistanla münasibətlərinin normallaşması prosesi, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılın yenidənqurma işləri barədə geniş məlumat verib.
Görüş zamanı həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına (QH), Kubanın isə G77 və Çin Qrupuna sədrlikləri çərçivəsində fəaliyyəti vurğulanaraq, uzun fasilədən sonra BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində QH - G77 və Çin Birgə Əlaqələndirmə Komitəsinin (JCC) xarici işlər nazirləri səviyyəsində iclasının keçirilməsi məmnunluqla qeyd olunub.
Məsləhətləşmələr ardınca iki ölkə arasında "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kuba Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu"nun imzalanma mərasimi keçirilib.
Səfər çərçivəsində E.Məmmədov həmçinin, Kuba Xalq Hakimiyyəti Milli Assambleyasının sədr müavini xanım Ana Maria Mari Maçado, Kuba Xarici Ticarət və Xarici Sərmayələr nazirinin birinci müavini Ana Terezita Qonzalez Fraqa, o cümlədən Karib Hövzəsi Birliyinə (CARİCOM) üzv dövlətlərin Kubada akkreditə olunan səfirləri ilə işçi görüş keçirib.
Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin genişləndirilməsi imkanları, eləcə də CARİCOM təşkilatı və onun üzv ölkələri ilə beynəlxalq müstəvidə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi perspektivləri müzakirə edilib.
Səfərin yekununda E.Məmmədov Kubanın "Prensa Latina" xəbər agentliyinə müsahibə verib. Müsahibə zamanı Azərbaycan-Kuba ikitərəfli münasibətləri, bu əlaqələrin gələcək inkişaf perspektivləri, ölkəmizin QH-ya uğurlu sədrliyi və həyata keçirdiyi təşəbbüslər, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə suallara cavab verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Ürəyiniz üçün portağal yeyin
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Bakıda binada yanğın törədildi
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
-
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - (Foto)
-
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
-
Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
-
Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur
-
İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
-
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - (Foto - Video)
-
Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib
-
Fransalı futbolçu Kastello Lukeba "Barselona"ya keçə bilər
-
Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var
-
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib





