Fransa erməni hərbçilərə silah tutmağı öyrədir - Yeni müharibə təhlükəsi
Fransanın erməni hərbçilərə təlim keçdiyinə dair məlumatlar "hansı ölkəyə hücum hazırlanır" sualını ön plana çıxardı. Bu məlumatı gündəmə gətirən rusiyalı hərbi bloger Anastasiya Kaşevarova erməni hərbçilərin Ukraynada Rusiyaya qarşı döyüşmək üçün hazırlandığını iddia edir. Lakin bu iddia real görünmür.
Mill.Az bildirir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
"Ukrayna cəbhəsinə ən az muzdlu döyüşçü göndərən ölkələrdən biri Fransadır. Fransa hazırda Rusiyaya qarşı cəbhə alsa da, müharibənin əvvəlindən Moskva ilə anlaşmaqdan yanadır və Ukraynaya verdiyi dəstək daha çox "məcburiyyət" kimi görünür. Cənubi Qafqazda baş verənlər, Fransanın maraqları və gözlənilən mümkün ssenarilər fonunda erməni hərbçilərin məhz bu bölgədəki planlar üçün hazırlandığı ehtimalı güclənir. Kaşevarovanın "Rusiyaya qarşı döyüşmək" fikri daha çox ictimai rəyi yönləndirməyə hesablanmış ola bilər, xüsusilə Moskva-İrəvan xəttində çatların dərinləşdiyi vaxt rus ekspert cameəsindən belə mövqelərin sərgilənməsi intensivləşib. Lakin rusiyalı blogerin Fransanın erməni hərbçilərə təlim keçdiyi haqda dediklərində həqiqət payı var. Paris-İrəvan anlaşmasında təkcə Ermənistanın silahlandırılması yox, erməni ordusunun modernləşdirilməsi, təlimlərin keçirilməsi və kadrların hazırlanması da daxildir.
Burada əsas məqamlardan biri təlim düşərgələrində Qarabağdan olan "könüllü gənclərin" də iştirak etdiyi haqda məlumatdır. İstisna deyil ki, bu "könüllülər" Qarabağdan çıxarılan erməni silahlı dəstələrin və separatçıların silahlı qruplarının üzvləridir. Onların bir hissəsi Ermənistana qayıdandan sonra orduda xidmətə qəbul edilməyiblər. Mümkündür ki, Ermənistan onlardan xüsusi təlim keçmiş qruplar yaratmaq niyyətindədir.
Fransada təlim keçən ermənilərin Ukraynada Rusiyaya qarşı döyüşməkdən daha çox, Azərbaycana qarşı mümkün hücumlara hazırlandığı ehtimalı güclüdür. Cənubi Qafqazda baş verənlər və Parisin planları da bu ehtimalı daha da artırır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi





