“Maskaları çıxarın!” - Hikmət Hacıyevdən sərt cavab
"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalı zamanı bir milyondan çox azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb. İndi də həmin siyasət eyni formada davam edir".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında Samanta Pauerə cavabında bildirib.
"Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəsi kimi o, heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyəti məsələsini qaldırmağa və BMT TŞ-nin qətnamələrinin icrasını tələb etməyə cürət etməyib.
"Aurora" mükafatının himayəsi altında Samanta bu fondun qurucusu, Ukraynadakı separatizmi maliyyələşdirən bədnam oliqarx və pul yuyan Ruben Vardanyan ilə birləşdi. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin deputatları Ruben Vardanyana qarşı çirkli pulların yuyulması sxemlərinə görə sanksiya tətbiq edilməsini tələb etdilər. Ruben Vardanyan həmçinin 2022-ci ilin oktyabrından Qarabağda peyda olduqdan sonra ABŞ-nin dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı dövlət çevrilişi planlaşdırırdı.
Azərbaycanofobiya, türkofobiya, siyasi korrupsiya, "puldan söhbət" və "Aurora" mükafatı çərçivəsində siyasi spekülasyonlar, ehtimal ki, Ruben Vardanyan və Samantha Pauerin ortaq dəyərləri və maraqları idi.
Maskaları çıxarın! Azərbaycanda artıq USAID-in fəaliyyətinə yer yoxdur!" - Hikmət Hacıyev qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı
-
Seyid Əli Xameneinin dəfn tarixi və yeri açıqlandı
-
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
-
"Döyüş meydanında ABŞ-yə qalib gəldik, müharibəni bitirməyin vaxtıdır"
-
Prezident İlham Əliyev Kral III Çarlza məktub ünvanlayıb
-
Hamı Bricitin yanındakı şəxsdən danışdı
XƏBƏR LENTİ
-
“Onu konsertə dəvət etməmişdim”
-
Su içmək üçün ən doğru vaxtlar
-
Telefonun batareya ömrünü necə artıraq?
-
Aylar sonra oğluna qovuşdu - FOTO
-
Bunları edin, gün boyu enerjili QALIN
-
Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma
-
Arzu molekulu: Beyninizin gizli mühərriki dopamini idarəetmə təlimatı
-
Kral III Çarlzın ürək və dəri üçün faydalı, əlçatan səhər yeməyi
-
İnfantinonun zarafatı italiyalı nazirin xoşuna gəlmədi
-
Hidayət Orucov vəfat edib
-
Tovuzda qəza oldu - Ölən var
-
Şamaxıda Barbekü Festivalının birinci günü - FOTO
-
Almaniyada II Dünya müharibəsindən qalmış özüyeriyən artilleriya qurğusu tapılıb
-
Bakıda bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq
-
Tuğba milyonluq əmlakını dövlətə bağışlayacaq
-
Serdar Ortaç səhhəti ilə bağlı iddialara cavab verdi
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO
-
İsrail 12 günlük müharibədə məqsədinə çata bilməyib - Pezeşkian
-
İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacaq - Tramp
-
Şəhid anası vəfat etdi
-
Hörmüzdə göstərilən xidmətlərə görə haqq alınmalıdır - Bəqai
-
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
-
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
-
DÇ-2026: Türkiyə ilk sınağına çıxır





