Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə fərman imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş" təsdiq edilib.
Milli.Az