Milyonların qatili bizə sülhdən dərs keçir
Kolonializmin hələ də davam etməsindən, xüsusilə koloniyalarda qadın və uşaqların hüquqlarının kobud şəkildə pozulması ölkəmiz üçün narahatlıq doğurur. Azərbaycan hər zaman Qoşulmama Hərəkatının sədri kimi bəşəriyyət üçün aktual olan məsələlərə xüsusi diqqət ayırıb. Bu səbəbdən də dekolonizasiya prosesində qadınların rolunun gücləndirilməsi zamanın tələbi olduğu nəzərə alınaraq Bakıda qadın və kolonializm mövzusunda tədbir keçirilib.
Ölkəmizdə tarix boyu qadına hörmət edilib, adı uca tutulub. İctimai nəqliyyatdan tutmuş bütün sahələrə qədər hər yerdə bunun şahidi oluruq. Son zamanlar qadınların yüksək vəzifələrə gətirilməsi də bunu deməyə əsas verir. Ölkəmizdə qadınlar təkcə sosial sahədə deyil, hərbi sahələrdə də öz töhfəsini verib. Lakin, 21-ci əsr olmasına baxmayaraq hələ də qadınlar koloniyalarda köləliyə və istismara məruz qalır.
Bu gün neokolonializm siyasətini davam etdirən ölkələr sırasında birincisi Fransadır. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanıdır. Bu ölkə hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edir, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışır. Ölkə başçısının da dediyi kimi Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırıma məruz qoyub. Fransa tərəfindən Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d'İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar qətlə yetirilib.
Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək başqa ölkənin ərazisini zorakı yolla öz ərazisinə qatması aşkar işğaldır və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozulmasıdır.
Fransa kolonializminin yeni metodları bu gün də davam etməkdədir. Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)
-
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - Yenilənib
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı





