Siyasət

“Ehtimalım düz çıxdı, Azərbaycan və Ermənistan...” – Durum dəyişir

17 Noyabr 2023 21:53
Baxış: 892

"Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesi dalana dirənib".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu jurnalist, siyasi şərhçi Asəf Quliyev deyib.

"Nə qədər xoş olmasa da, ehtimalım düz çıxdı. Azərbaycan-Ermənistan üfüqündə sülh görünmür. Proses dalana dirənib.

Azərbaycan Makronun müdaxiləsindən sonra Brüssel, ABŞ-da verilən qərardan sonra Vaşinqton və Fransa silahlarının Ermənistana çatdırılmasında tranzit ölkə kimi gündəmə gələn Gürcüstan formatlarına soyuq yanaşır. Ermənistan da üzünü Qərbə tutaraq, Rusiya formatına eyni münasibətlə yanaşır. Tehran platforması isə real görünmür.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun maraqlı bir fikri diqqətimi çəkdi: Ermənistanın üzünü yenidən Rusiyaya çevirəcəyinə eyham vurdu. Bu baş verəcəkmi? Hətta baş versə belə, bu, davamlı sülh olmayacaq", - ekspert bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics